Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-253/2022 06.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1 iştirakı ilə xx.xx.1977-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1də qeydiyyatda olan və yaşayan. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 06 iyun 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində 20 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 20 may 2022-ci il tarixdə saat 21:00 radələrində ünvan 1 ünvanında iyirmi nəfərin iştrakı ilə qanunla müəyyən edilmiş qaydaları pozaraq dini yığıncaq təşkil etməklə Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 izah etdi ki, Şəxs 20 may 2022-ci il tarixdə saat 21:00 radələrində ünvan 1 ünvanında iyirmi nəfərin iştrakı ilə qanunla müəyyən edilmiş qaydaları pozaraq dini yığıncaq təşkil etmiş, bununla bağlı tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış, bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 515.0.2ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi 1/7 saylı yaşadığını, 20 may 2022-ci il tarixdə saat 21:00 radələrində yaşadığı evə 4 nəfər Pakistan Respublikası vətəndaşının 16 nəfər Ağdaş rayon sakininin gəldiyini, bu zaman qarşılıqlı olaraq həmin Pakistan vətəndaşlarına suallar verdiklərini, həmin şəxslərində onların suallarına cavab verdiklərini, həmin vaxt polis əməkdaşlarının onun yaşadığı evə gəldiklərini və onların sənədlərini yoxladıqlarını, daha sonra 4 nəfər şəxsin Pakistan Respublikası vətəndaşı olmasının məlum olduğunu, evində hər hansı bir dini kitabın aşkar edilmədiyini, dini yığıncaq təşkil etmədiyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş videodiskdən müəyyən edilir ki, 20 may 2022-ci il tarixdə saat 21:00 radələrində Şəxs yaşadığını Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi 1/7 saylı ünvana baxış zamanı 4 nəfər Pakistan Respublikası vətəndaşı və 16 nəfər Ağdaş rayon sakininin iştrakı ilə qanunla müəyyən edilmiş qaydaları pozaraq yığıncaq təşkil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən maddəsinə əsasən bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər; Həmin Qanunun 6-1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir; Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə dini qurumlar ibadətlər və dini yığıncaqlar üçün onlara münasib yerlərə, habelə bu və ya digər dində müqəddəs sayılan ziyarətgahlara himayədarlıq edib, onları saxlamaq və onlardan istifadə etmək hüququna malikdirlər. Bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ibadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə, ziyarətgahlarda, qəbristanlıqlarda, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir. Həmin Qanunun 30-cu maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İXM-də və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs öz əməli ilə Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi iş materialları ilə tam sübuta yetir, o, həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir, buna görə də inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına - fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, işin hallarını, inzibati xəta törətmiş Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərər alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib ona 1600 (bir min altı yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-253/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-253/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver