Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-254/2022 25.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1976-cı ildə Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu, Qarağan-Şıxlar kəndi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 14.04.2022-ci il tarixdə saat 22:00 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin təhqiqatçısı Elçin Mütəllimovun 12 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 25.05.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsini etiraf edərək izahatında bildirdi ki, 14.04.2022-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə sərxoş vəziyyətdə olduğuna görə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs sol üz nahiyəsini dırnağı ilə cızaraq, ona xəsarət yetirmişdir. Gələcəkdə bir də belə hərəkətə yol verməyəcəkdir. Hazırda əməlindən peşmandır və həyat yoldaşı Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs spirtli içki aludəçisi olduğu və qazandığı pulları ailəsinə deyil, spirtli içkiyə xərcləməsinə görə aralarında mübahisə yaranmış, mübahisə zamanı əlbəyaxa olmuşlar, həmin zaman Şəxs ona xəsarət yetirmişdir. Hazırda onunla barışmışdır, Şəxs şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 izahatında bildirdi ki, Şəxs onun kürəkənidir. Faiq ilə Əfsanə arasında tez-tez mübahisə və söz-söhbətlər baş verir, buna səbəb Faiqin spirtli içki aludəçisi olması və qazandığı pulları ailəsinə deyil, spirtli içkiyə xərcləməsidir. 14.04.2022ci il tarixdə saat təxminən 23:00 radələrində nəvəsi Ələkbər ona zəng edərək atası Faiqin sərxoş vəziyyətdə evə gəldiyini və anası Əfsanəni döyməsini söyləmiş və tez onlara gəlməsini xahiş etmişdir. Tez qonşuluğunda yaşayan qızı Əfsanənin yaşadığı evə getmiş və həmin vaxt qızı Əfsanənin huşsuz vəziyyətdə yerdə olduğunu və onun çənə nahiyəsində xəsarət olmasını görmüşdür. Qızı Əfsanəni oyatdıqdan sonra 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid X3 izahatında bildirdi ki, Şəxs onun atasıdır. Son bir neçə ildir ki, atası Faiq ilə anası Əfsanə arasında tez-tez mübahisə və söz-söhbətlər baş verir. Buna səbəb atası Faiqin spirtli içki aludəçisi olması və qazandığı pulları spirtli içkiyə xərcləməsidir. 14.04.2022-ci il tarixdə saat 22:00 radələrində atası Faiqin yaşadıqları evə gəlmiş, həmin vaxt sərxoş olmuşdur. Anası Əfsanənin atası Faiqə spirtli içki qəbul etməsinə irad tutması səbəbindən aralarında mübahisə baş vermiş, mübahisə zamanı isə atası Faiq anası Əfsanəni döyərək ona xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X7 izahatında bildirdi ki, Şəxs 14.04.2022-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-254/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-254/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver