Məhkəmə qərarları › İş №3(014)-256/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-256/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-256/2021 29.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 29.06.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 26 fevral 2021-ci il tarixdə saat 23:10 radələrində DİN BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə edib istifadə etməkdə və Ağdaş şəhəri ərazisində üzərində saxlamaqda şübhəli bilinən Şəxs yaşadığı evin qarşısında saxlanılaraq BNMİ QBRŞ-yə gətirilmiş, 27.02.2021-ci il tarixdə QBRŞ-də istintaq hərəkəti zamanı üzərindən 1 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 2,327 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin təhqiqatçısı X6 tərəfindən 26 mart 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Təxminən 3 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. O, narkotik vasitə olan marixuananı mütəmadi olaraq siqaret kağızma doldurub çəkir. 2021-ci ilin fevral ayının əvvəllərində yaşadığı rayonun ərazisindən axan Dəhnə adlananan kanalın kənarında bitmiş narkotik tərkibli bitkinin üzərindən yığıb qurutmuşdur. Qurutduğu kütləni çəkib qurtarmış, yerdə qalan kütləni isə istifadə etməsindən ötrü kibrit qutusunun içərisinə yığıb üzərində saxlamışdır. 26 fevral 2021-ci il tarixdə saat 23:00 radələlərində o, yaşadığı evin qarşısında olan zaman, iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini ona nümayiş etdirib, özlərini Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ilə birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəklərini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları xidməti avtomobilləri ilə onu özləri ilə birlikdə Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olmunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirəsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından X3 onun hüquqlarını dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. X1 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlər müdafiəçi tərəfindən ona ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə onları imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd kibrit qutusunu təqdim edərək, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra kütləyə baxış keçirilmiş və onu elektron tərəzidə çəkmişlər, ümumi çəkisinin 5,58 qram olması müəyyən edilmişdir. Sonra 1 ədəd paketin üzərinə müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra onu imzalamışdır. Sonra kütlə paketin içərisinə qoyulmuş və paketin bağlanan yerləri möhürlənərək götürülmüşdür. Onun narkotik vasitə marixuananı hər hansı bir şəxsə satmaq niyyəti olmamışdır. Ailə üzvlərindən hər hansı bir şəxsin saxladığı narkotik vasitədən xəbəri olmamışdır. Hazırda yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddəsi yoxdur. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, 26 fevral 2021-ci il tarixdə Ağdaş şəhərində yaşayan Vüqar adlı şəxsin qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana əldə edib istifadə etməsi və Ağdaş şəhəri ərazisində üzərində saxlaması barədə DİN BNMİ QBRŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində Vüqar adlı həmin şəxsin Ağdaş səhəri, M.Hüseynzadə küçəsi, 3-cü dalan, ev 11-də qeydiyyatda olmaqla yaşayan Şəxs olması müəyyən edilmişdir. 26 fevral 2021-ci il tarixdə saat 23:10-da DİN BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana əldə edib istifadə etməsində və Ağdaş şəhəri ərazisində üzərində saxlamasında şübhəli bilinən Şəxs yaşadığı evin qarşısında saxlanılaraq BNMİ QBRŞ-yə gətirilmişdir. 27.02.2021-ci il tarixdə QBRŞ-də şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd kibrit qutusu, ümumi çəkisi 5,58 qram olan narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək qanuna müvafiq qaydada qablaşdırıldıqdan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsindən daxil olmuş 27.02.2021-ci il tarixli 16/195 nömrəli rəydə Şəxs üzərindən aşkar edilmiş kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,327 qram olan bitki mənşəlli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olması qeyd edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 27.02.2021-ci il tarixli, 16/195 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində 27.02.2021.ci il tarixdə DİN BNMİ QBRŞ-də şübhəli şəxs Şəxs üzərindən aşkar olunmuş narkotik vasitə marixuanaya bənzər kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,327 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 12.03.2021-ci il tarixli 245 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 29.06.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar