Məhkəmə qərarları › İş №3(014)-256/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-256/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-256/2022 27.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlunun, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 iştirakı ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-1250/2021 saylı 14 iyul 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun qanuni tələbini yerinə yetirməmiş, X1 2330 manat məbləğində aliment borcunu ödəməmişdir. Buna görə onun barəsində 27 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və Ağdaş Rayon Məhkəməsinin 2(014)-1250/2021 saylı 14 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən X1 qətnamə qanuni qüvvəsini aldıqdan sonra iki uşağın saxlanılması üçün iki uşağın saxlanılması üçün hər ay 260 manat aliment ödəməli olduğunu, səhhəti ilə bağlı bir müddət işləyə bilmədiyini, işləmədiyi üçün də maddi vəziyyətinin yaxşı olmadığını, iki ay işlədiyi işin pulunu da ona vermədiklərini, bu səbəbdən də aliment borcunu ödəyə bilmədiyini, həmçinin yaranmış borca görə bir dəfə inzibati qaydada həbs olunduğunu, həbsdən sonra Şəxs 2021-ci ilin dekabr ayında iki dəfə, 2022-ci ilin yanvar ayında isə bir dəfə ödəniş etdiyini, ondan sonra da az miqdarda ödəniş etdiyini, lakin yaranmış aliment borcunu tam olaraq ödəyə bilmədiyi üçün yenidən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirildiyini, bundan sonra iş tapıb işləyərək hər ay X1 ödəməli olduğu 260 manat alimenti və yaranmış aliment borcundan hər ay ən az 40 manat olmaqla ödəyəcəyinə söz verdiyini bildirdi və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edərək, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-1250/2021 saylı 14 iyul 2021-ci il tarixli icra vərəqəsi icraatına daxil olduqdan sonra tərəfindən 01 oktyabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyini borclu barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dəfələrlə İcra və Probasiya şöbəsinə çağırıldığını, icra sənədinin icrası ilə bağlı borclu, yəni barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dəfələrlə İcra və Probasiya şöbəsinə çağırıldığını, ondan alimenti ödəmədiyini, buna görə onun X1 2330 manat məbləğində aliment borcunun yarandığını, Şəxs aliment borcunu ödəməsinin tələb olunduğunu və borcunu ödəməsi barədə ona dəfələrlə rəsmi xəbərdarlıq edildiyini, aliment borcunun ödənilməsi ilə bağlı icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan bütün tədbirlərin görüldüyünü, borclunun adına borcun ödənilməsi üçün hər hansı bir əmlakının aşkar edilmədiyini, Şəxs onun qanuni tələbini yerinə yetirmədiyini, buna görə də barəsində 24 noyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərildiyini, Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 3(014)-492/2021 saylı qərarı ilə barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edildiyini, həbsdən sonra Şəxs 2021-ci ilin dekabr ayında iki dəfə ödəniş etdiyini, 2022-ci ilin yanvar ayında isə bir dəfə ödəniş etdiyini, ondan sonra da az miqdarda ödəniş etdiyini, lakin tələbkar X1 olan aliment borcunu tam olaraq ödəmədiyini, onun hazırda X1 2330 manat məbləğində aliment borcunun olduğunu və tələbkar da borcun ödənilməsini tələb etdiyini, Şəxs X1 olan aliment borcunun ödənilməsi tələb olunsa da, borcunu ödəmədiyini, buna görə tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işə əlavə olunmuş Şəxs 27 may 2022-ci il tarixli ərizəsindən görünür ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətiriləndən sonra hər ay təyin olunmuş alimenti və borcundan isə 40 manat ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərədə tutulmuş qaydad sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar