Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-259/2021 01.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs S.Ələkbərovun, Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ş.Məmmədovun iştirakı ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsi tərəfindən 16 fevral 2017-ci il tarixli məhkəmə əmrinə əsasən X1 cəmi 1104 manat borcunu ödəməyərək Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ş.Məmmədovun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə onun barəsində 01 iyul 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi, tələbkarla özü müqavilə bağlasa da, həmin pulu götürüb başqasına verdiyini, işləmədiyi, daimi qazancı və gəliri olmadığı üçün borcunu ödəməyə imkanının olmadığını, lakin onun barəsində inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə gətiriləndən sonra tələbkarla razılığa gəldiyini bildirdi. Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ş.Məmmədov məhkəmə iclasında İcra Haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş bütün tədbirləri gördüyünü, lakin Şəxs Ağdaş Rayon Məhkəməsi tərəfindən 16 fevral 2017-ci il tarixdə verilmiş icra sənədinin icrası ilə bağlı onun tələblərini yerinə yetirmədiyini, yəni X1 cəmi 1104 (bir min yüz dörd) manat borcunu ödəməkdən imtina etdiyini, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə gətirdiyini bildirdi. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona olan 1104 (bir min yüz dörd) manat borcunu neçə illərdir tələb etməsinə baxmayaraq ödəmədiyini, lakin hazırda Şəxs ilə ona olan borcunu hər ay 100 manat olmaqla ödəməyi barədə razılığa gəldiklərini bildirdi və buna görə də inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsi və Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ş.Məmmədovu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və icra məmurunun izahatlarından görünür ki, borcun ödənilməsi ilə bağlı tələbkarla razılığa gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzabati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanını (vəzifəli şəxsin)qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o,təqsirsiz hesab edilir. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkın bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokollla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə təqdim edilmiş sübutları araşdırıb hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs icra sənədi üzrə olan borcunu ödəməsi ilə bağlı tələbkar X2 ilə öz aralarında razılığa gəldiklərini bildirmişdir. Belə olan halda, icra sənədi üzrə borclu Şəxsnın əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Borclu barəsində inzibati xəta haqqında protokol o vaxt tərtib edilə bilər ki, o, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-259/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-259/2021
01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver