Məhkəmə qərarları › İş №3(014)-26/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-26/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-26/2024 11.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Ağdaş rayonu, Əmirarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, özəl şirkətdə fəhlə işləyən, Ağdaş rayonu, Əmirarx kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Ağdaş Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(014)-1458/2021 saylı icra vərəqəsinə əsasən Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, Zərərçəkmiş şəxs 1920 manat aliment borcunu üzrsüz səbəbdən ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 tərəfindən Şəxs barəsində 11 yanvar 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(014)-1458/2021 saylı icra sənədinə əsasən borclu Şəxs hər ay iki uşaq üçün cəmi 260 (iki yüz altmış) manat aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi 2021-ci ilin avqust ayında icraatına daxil olmuş və 26 avqust 2021-ci il tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs bildiriş verilməklə icra sənədində olan tələb və alimenti vaxtı-vaxtında ödəməsi ona izah edilmişdir. Lakin Şəxs icra sənədi üzrə olan alimenti heç vaxt vaxtında və tələb olunan məbləğdə ödəməmişdir. Onun barəsində inzibati cəlb edilmə və müxtəlif tədbirlər görülməsinə baxmayaraq Şəxs tələb olunan alimenti qərəzli olaraq ödəmir. Bu səbəbdən Şəxs bugünə Zərərçəkmiş şəxs 1920 manat aliment borcu yaranmışdır. Şəxs aliment borcunu ödəməsi tələb olunsa da, borclu 1920 manat borcu üzrsüz səbəbdən ödəmir. Tələbkar Zərərçəkmiş şəxs isə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə zəng edərək onları təhqir edir və aliment borcunun hamısının birdəfəlik ödənilməsini tələb edir. Şəxs isə borcu birdəfəlik ödəməkdən boyun qaçırmışdır. Bununla bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Şəxs hətta çağırışlara gəlmədiyinə görə barəsində məcburi gətirilmə haqqında qərar da qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tələb olunan aliment borcunun ödənilməsinə yönəldiləcək hər hansı əmlakı aşkar edilməmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir, lakin o, məhkəməyə gələ bilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında sualları cavablandıran inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sentyabr, noyabr aylarında 400 manat ödədiyini bildirmiş, lakin İcra şöbəsinə bununla bağlı heç bir qəbz təqdim etməmişdir. O, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 400 manat aliment ödəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, işlədiyi vaxtlarda 400-400 olmaqla aliment ödəmişdir. Tələbkar 300 manat da bir ödəmişdir, onun qəbzi evdədir. Hazırda işlədiyi yerdə əmək haqqını ala bilmir və bu səbəbdən də alimenti ödəyə bilmir. Polislər onun yaşadığı evə gəlmişlər. Həmin vaxt o, evə olmamışdır. Axşam evə gələndə anası polislərin gəldiyini ona demiş və o, səhəri gün Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə gəlmişdir. Hazırda yaranmış 1920 manat aliment borcunu birdəfəlik ödəməyə imkanı çatmır. Məhkəmə iclasında sualları cavablandıran barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, iki uşaq üçün hər ay cəmi 260 manat aliment ödəməlidir. 2023-cü ilin sentyabr ayında 400 manat aliment ödəmiş, oktyabr ayında ödəniş edə bilməmiş, noyabr ayında yenə 400 manat aliment ödəmiş, dekabr ayında isə aliment ödəməmişdir. Maddi imkanı zəif olduğu üçün o, alimenti tam olaraq ödəyə bilməmiş və borcu yığılmışdır. Əgər ona vaxt verilərsə yığılmış alimenti az-az ödəyər. Hazırda tələb olunan borcu ödəmək imkanı yoxdur. Zərərçəkmiş şəxs icra məmuru tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, iş yeri və qazancı olduğu halda icra sənədini üzrsüz səbəbdən icra etmədiyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsetmənin əvvəli 11 yanvar 2024-cü il tarixdən saat 18:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 7 (yeddi) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 11 yanvar 2024-cü il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar