Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-26/2025 08.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxslər X2 və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1994-cü ildə Ağdaş rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 206-cı maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 07 yanvar 2025-ci il tarixdə Ağdaş şəhəri, Karvan yolu küçəsində avtomobil idarə edərkən işıq cihazlarından düzgün istifadə etmədiyi Ağdaş rayon Polis şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış, narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan Mingəçevir şəhəri Narkoloji Dispanserində narkoloji müayinədən keçirilmiş və narkotik maddə olan marixuananın təsiri altında olduğu müəyyən edilmişdir. Bununla da Şəxs narkotik vasitədən istifadə ediyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı və narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsinin X8 Bölməsi tərəfindən 07 yanvar 2025-ci il tarixli, İXP № ******* saylı və Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi tərəfindən 08 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X8 Bölməsinin inspektoru X4 izahatında bildirdi ki, 07 yanvar 2025-ci il tarixdə şəhəri, Karvan yolu küçəsində xidmətdə olan zaman Şəxs idarə etdiyi “BMW 320İ MİNİK” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən saxlanılmış, sürücünün narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan Mingəçevir şəhəri Narkoloji Dispanserində narkoloji müayinədən keçirilmiş və narkotik maddə olan marixuananın təsiri altında olduğu müəyyən edilmişdir. Bundan sonra onun tərəfindən araşdırma aparılaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən 07 yanvar 2025-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda Şəxs narkotik vasitədən istifadə ediyinə görə raportla Ağdaş rayon Polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X5 izahatında bildirdi ki, Şəxs narkotik maddə olan marixuanadan istifadə etməsi ilə bağlı ona daxil olmuş raport əsasında araşdırma aparmış, bundan sonra onun tərəfindən araşdırma aparılaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş 08 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, “BMW 320İ MİNİK” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin olduğunu, həmin avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin oduğunu, 07 yanvar 2025-ci il tarixdə narkotik vasitə olan marixuana çəkdiyini, daha sonra Ağdaş şəhəri, Karvan yolu küçəsində avtomobil idarə edərkən Ağdaş rayon Polis şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında olması şübhə doğurduğunu bildirildiyindən onlar ilə birlikdə Mingəçevir şəhəri Narkoloji Dispanserində narkoloji müayinədən keçdiyini, müayinə zamanı onunTHC marixuana çəkdiyi aşkar edildiyini, bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserində ambulator məhkəmənarkoloji ekspertizasından keçdiyini, əməlindən peşman olduğunu, buna görə də ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin materiallarında olan 07 yanvar 2025-ci il tarixli, 82 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs analizində narkotik vasitə olan THC (marixuana) istifadə etməsi müəyyən olunmuşdur. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2025-ci il tarixli, 02 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan MN № ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 yanvar 2025-ci il tarixdə, saat 20:10-da inzibati qaydada tutulmuşdur. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətaları törətməsi onun özünü səmimi etirafı, onun barəsində tərtib olunmuş 07 yanvar 2025-ci il tarixli, İXP № ******* saylı və 08 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokollar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 333-1.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 206-cı maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-cı maddəsinə əsasən 450 (dörd yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-26/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-26/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver