Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-260/2022 09.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 iştirakı ilə xx.xx.1976-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdaş şəhəri Məşəd küçəsi 1/3 saylı qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 602-2.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 09 iyun 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı, X2 tərəfindən Şəxs barəsində 09 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 12 may 2022-ci il tarixdə saat 13:15 radələrində Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator Zərərçəkmiş şəxs zəng edərək sonuncunun icraatında olan mediyasiya işi ilə bağlı ilkin mediyasiya sesiyasının özünün dediyi vaxtda keçrilməsini tələb etmiş, işdə tərəf olmadığı halda mediasiya zamanı mediatorun fəaliyyətinə müdaxilə etməklə Azərbaycan Respublikası İXM-nin 602-2.4-cü maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 izah etdi ki, Zərərçəkmiş şəxs Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs 12 may 2022-ci il tarixdə saat 13:15 radələrində ona zəng edərək onun icraatında olan mediyasiya işi ilə bağlı ilkin mediyasiya sesiyasının özünün dediyi vaxtda keçrilməsini tələb etmiş, o isə Təbrizin iş üzrə tərəf və nümayəndə olmadığını bildirdikdə, Təbrizin onu söyərək təhqir etdiyini, mediasiya zamanı mediatorun fəaliyyətinə müdaxilə etdiyini bildirmişdir. Tərəfindən araşdırma aparılmış, hər iki şəxsin izahatı alınmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 602-2.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında mediator Zərərçəkmiş şəxs icraatında olan iş üzrə tərəfin nümayəndəsi olduğunu, əvvəllər bir neçə dəfə mediatorun yanında olduğunu, hər dəfə müxtəlif səbəblərdən mediator Niyazın mediyasiya işini qəsdən uzatdığını, buna görə də zəng vuraraq hansı səbəbə mediasiya işinin baxılmasını təxirə saldığını soruşduğunu, bu zaman Niyaz ona “sənin soruşmağa haqqın yoxdur” deyə cavab verdiyini, Niyazın sözündən əsəbləşərək ona telefonda “rüşvətxor” olduğunu dediyini, Niyazın bu rüşvət alması barədə onda videoçəkliş olduğunu və bu barədə dövlət orqanlarına müraciət etdiyini, mediator Zərərçəkmiş şəxs işinə maneə yaratmadığını bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator fəaliyyəti ilə məşğul olduğunu, icraatında olan 17125 nömrəli mediyasiya işi olduğunu, Şəxs 12 may 2022-ci il tarixdə saat 13:15 radələrində istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq ilkin mediyasiya sesiyasının həmin gün keçrilməli olduğunu, bu zaman Təbrizə tərəf olmadığını, buna görə də ona məlumat verə bilməyəcəyini, bu zaman Təbrizin onu söyərək təhqir etdiyini, ona telefonda rüşvətxor olduğunu dediyini, bundan sonra Təbrizin dəfələrlə saytlarda, “Whatsapp” statuslarında onun haqqında müxtəlif əsassız böhtanlar yazıb paylaşaraq mediatorun fəaliyyətinə müdaxilə etdiyini, buna görə onun barəsində qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan audioyazıdan da müəyyən edilir ki, Zərərçəkmiş şəxs zəng gələrək mediasiya işi ilə bağlı məlumat əldə etmək istənilir, işin məhkəməyə verilmək üçün hazır olduğu söylənilir, bu zaman mediatorun iş üzrə şəxsin tərəf olmadığı, müvafiq etibarnamə təqdim ediləcəyi təqdirdə lazımi məlumatların verilməsinin mümkün olduğu nəzərə çatdırılır, bu zaman mediatorun rüşvət aldığı, Respublika prokurorluğuna məlumat veriləcəyi bildirilir. İş materiallarında olan digər audioyazıyla da Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edildiyi, “baş rüşvətxor” adlandırıldığı, statusda paylaşımlar edildiyinin etiraf edildiyi müəyyən edilir. “Mediasiya” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.Mediasiya aşağıdakı prinsiplər əsasında həyata keçirilir: könüllülük;tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı;mediatorların qərəzsizliyi və müstəqilliyi; mediasiya prosesinə müdaxilənin yolverilməzliyi; konfidensiallıq. “Mediasiya” haqqında Azərbaycan Respublikası Qanununun 7.1-ci müddiasına əsasən mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya prosesini həyata keçirən zaman tərəflərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən asılı olmamalıdır və mediasiya zamanı adıçəkilən orqanların və şəxslərin mediatorun fəaliyyətinə müdaxiləsinə yol verilmir. Mediasiya” haqqında Azərbaycan Respublikası Qanununun 8.1 və 8.2-ci maddələrinə əsasən Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, mediasiya qapalı keçirilir.. Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığı mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 602-2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetir, o, həmin xətanı törətməkdə təqsirlidir və ona görə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 602-2.4-cü maddəsinə əsasən mediasiya zamanı mediatorun fəaliyyətinə müdaxilə edilməsinə görə ‒ fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir. Törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, işin hallarını, inzibati xəta törətmiş Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602-2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 602-2.4-cü maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-260/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-260/2022
09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver