Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-261/2020 10.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, VMİE polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Məhkəmə iclasında Ağdaş RPŞ-nin sahə rəisi, VMİE polis leytenantı X5 izah etdi ki, Vətəndaş Şəxs xx xxx 2020-ci il tarixdə təxminən saat 08:00 radələrində Ağdaş şəhər bazar adlanan ərazidə Ağdaş şəhər sakini X2 ilə aralarında yaranan mübahisə zamanı ucadan nalayiq ifadələr işlədərək təhqir etmiş, ictimai asayışı pozmuş və bu barədə müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış, Şəxs, və X1 izahatları alınmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx.xx.2020-ci il tarixdə saat 08:00 radələrində Ağdaş şəhərində yerləşən bazarın yaxınlığında Ləki maşurutlarının dayanacağı adlanan yerə yaxınlaşdığını, həmin zaman sonradan adını bildiyim Mübariz adlı şəxs maşınla yolun kənarında dayanmasını görməsini, onun öz maşınını Mübariz adlı şəxsin maşınının arxasında saxlamaq istədiyini, Mübariz adlı şəxsin onda maşını saxlamağa imkan vermədiyini, onun ona “ağsaqqal zəhmət olmasa maşını bir az irəli çək mən də öz maşınımı saxlaya bilim” deyə söylədiyini, Mübariz adlı şəxsin ona nalayiq ifadələr işlətdiyini, bunun üstündə aralarında mübahisə yarandığını, biri-birilərinə nalayiq ifadələr işlətdiyini, daha sonra Mübariz adlı şəxsin çıxıb getdiyini bildirmişdir. Həmiçinin Şəxs izahatında, Mübarizlə aralarındakı mübahisənin xx.xx.2020-ci il tarixdə təxminən saat 08:00 radələrində Ağdaş şəhərində yerləşən bazarın yaxınlığında, Ləki maşurutlarının dayanacağı adlanan yerdə baş verməsini və 3-5 dəqiqə davam etdiyini, Mübariz adlı şəxsi vurmadığını, Mübariz adlı şəxsin onu vurmadığını, Mübarizlə biri-birirlərinə nalayiq ifadələr işlətdiyini, Mübraizlə aralarındakı mübahisə zamanı orada taksi sürücüsü Tehranın və tanımadığı vətəndaşların olmasını, səs-küyə tanımadığı vətəndaşların gəlməsini bildimişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol vermiyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah etdi ki, 05.050.2020-ci il tarixdə saat 08:00 radələrində Ağdaş şəhərində yerləşən bazarın yaxınlığında Ləki marşurutların dayanacağı adlanan yerdə özünə məxsus avtomobili saxladığını, həmin zaman Elşad adlı şəxs avtomobillə ona yaxınlaşaraq “avtomobilini başqa yerdə saxla, mən öz avtomobilimi burda saxlayacam” deyə söylədiyini, onunda “bu yeri sən almısan?” deyə sual verdiyini, Elşad adlı şəxsin ona nalayiq ifadələr işlətdiyini, bunun üstündə aralarında mübahisə yarandığını, mübahisə zamanı Elşad adlı şəxs onun üz nahiyəsindən yumruqla vuraraq ona xəsarət yetirdiyini, tanımadığı şəxslərin onları aylırdığlarını, dərhal 102 xidmətinə zəng vurub, bu barədə məlumat verdiyini bildirmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsinin xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Ağdaş RPŞ-nin sahə rəisi, VMİE polis leytenantı X4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1979-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağdaş şəhər, Sabir keçəsi 1-də qeydiyyatda olan və yaşayan Şəxs oğu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-261/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-261/2020
10.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver