Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-261/2023 12.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, X1nun və qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 mart 2023-cü il tarixli, MN1290160 inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə 12 may 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 mart 2023-cü il tarixli, MN1290160 inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması məhkəmədən xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin 16 mart 2023-cıi il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 2000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərarım tərtib olunmasına səbəb guya 07 mart 2023-cü il tarixdə “Türyançay” restoranınmn arxa tərəfində yerləşən, oğlu İlqar Qasımova məxsus torpaq sahəsindən 4 (dörd) ədəd şam ağaclarını kon boğaz hissəsindən yaş halda kəsərək məhv etməyi olmuşdur. Həmin tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən barəsində MN1495377 saylı protokol tərtib edilmiş və baxılması üçün İdarəyə təqdim olunmuşdur. Ona görə də o Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin 16 mart 2023cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarla razı deyil və aşağıda göstərdiyi əsaslara görə ləğv edilməlidir. İlk növbədə onun həmin protokoldan və qərardan xəbəri olmamışdır. Həmin inzibati tənbeh vermə qərarın surəti 17 aprel 2023-cü il tarixdə poçt vasitəsi ilə alanda xəbəri olmuşdur. Bildirir ki, o uzun müddətdir ki, özünün, eləcə də oğlunun mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahələrində müxtəlif cins ağacların, yəni şam, çinar, tut, palıd, palma, qovaq və digər meyvə ağaclarının əkilib-becərilməsi ilə məşğul olur. Yetişdirdiyi ağacları kəndin, eləcə də kənar kəndlərin yolkənarı. məktəb, bağça, qəbirstanlıq və digər ictimai sahələrində əkmək üçün təmənnasız verir. Hazırda inzibati qərarda göstərilən oğlunun mülkiyyətində olan 2.0 hektar torpaq sahəsində çoxsaylı ağacların yetişdirilməsi ilə məşğul olur. Uzun müddət bundan əvvəl əkdiyi ağacların içərisində quruyanı, bərk külək əsəndə budaqları qırılanlar müşahidə olunur. O? həmin ağacları aşkar edən kimi, onların qırılmış budaqlarını kəsərək normal vəziyyətə salır, qurumuş ağacların yerində yenilərini əkir. Bütün bunlar kənd bələdiyyələrinin verdiyi arayışlarla, eləcə də şikayətə əlavə etdiyi foto şəkillərlə tam təsdiq olunur. Bir daha bildirir ki, o oğlunun xüsusi mülkiyyətində olan 2.0 hektar torpaq sahəsində özü tərəfindən əkilərək becərilmiş ağaclara qulluq edir. Şəkillərdə əks olunan ağaclar hər hansısa mühafizə zolağında, dövlət və ya bələdiyyəyə məxsus və ya başqalarına məxsus torpaq sahələrində yox, məhz öz doğma oğlunun xüsusi mülkiyyətində olan torpaq sahəsində əkib-becərdiyi ağaclardır. O, həmin ərazidə yaş ağacları qırmamış və belə bir niyyəti də olmamışdır. Barəsində toplanmış material üzrə işə iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikasının İXM-nin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olur. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş vəzifəli şəxs tərəfindən qərarda onun 4 ədəd yaşıl ağacları kəsməyini qeyd etsə də. inzibati xəta hadisəsinin mövcudluğunu təsdiq edən həmin sübutları qərarında göstərməmiş, həmin sübutları tədqiq etməmiş, yalnız əməkdaşları tərəfindən tərtib edilmiş protokola əsaslanmış, qanunsuz olaraq qəbul etdiyi qərarı ilə onun yuxarıda qeyd etdiyi kimi heç bir inzibati xəta törətmədiyi halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin tərəfindən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmağım barədə MN ******* saylı 16 mart 2023-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsinə və barəmdə olan inzibati icraata xitam verilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək onu müdafiə etdiyini bildirmiş, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 mart 2023-cü il tarixli MN № ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat inzibati cərimə olunmağı barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatına bildirmişdir ki, şikayətdə qeyd edilənlər əsassızdır. Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin X5 barəsində qəbul etdiyi 16 mart 2023-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının əsaslı hesab edir. X5 07 mart 2023-cü il tarixdə “Türyançay” restoranınmn arxa tərəfində yerləşən torpaq sahəsində 4 (dörd) ədəd şam ağaclarını kon boğaz hissəsindən yaş halda kəsərək məhv etmişdir. Bundan sonra Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçrilmiş, bu barədə akt tərtib edilmiş, müvafiq rəy verilmiş və ərazinin fotoşəkilləri çəkilmişdir. X5 07 mart 2023-cü il tarixdə izahatı alınmış bundan sonra onun barəsində inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilmişdir. Buna görrə də şikayətim rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin və qərarından şikayət verilmiş orqanını nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 mart 2023cü il tarixli, MN1290160 inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat inzibati qaydada cərimə edilmişdir. Şikayət araşdırılarkən məhkəmə baxışında müəyyən olunmuşdur ki, X5 barəsində 16 mart 2023-cü il tarixli, İXP4529037 saylı inzibati xəta haqqında qərar qəbul edilməzdən əvvəl, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin hüquq və vəzifələri izah edilmədən 16 mart 2023-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq Əsgərov tərəfindən inzibati xəta haqqında qərar qəbul edilmişdir. Halbuki, X5 qeyd olunan inzibati xəta ilə razılaşmadığına baxmayaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nin rəisi Tofiq Əsgərov 16 mart 2023-cü il tarixdə X5 barəsində 16 mart 2023-cü il tarixli, MN1290160 inzibati tənbeh vermə haqqında qərarı qəbul etmişdir, nəticədə X2 izahatlar, vəsatətlər vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, bu pozuntular da X2 öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Məhkəmə qeyd edilən hallara qiymət verərək hesab edir ki, işə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilmədən baxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə hesab edir ki, işə baxılmasının yeri və müddəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilmədən baxılması nəticəsində X5 inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək kimi hüquqlarından məhrum edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən X4 lazımı qaydada məlumatlandırılmaması və iştirakının təmin edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Yuxarıda şərh edilən qanun normalarının tələbindən görünür ki, şəxs o halda inzibati məsuliyyətə cəlb edilib tənbeh edilə bilər ki, qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli şəxsən törətmiş olsun və bu mötəbət sübutlarla təsdiq edilmiş olsun. Bütün bu qeyd edilən hallar isə inzibati xəta haqqında iş üzrə icraata başlamaqla aparılan inzibati araşdırma nəticəsində mümkündür. Lakin şikayətçinin izahatından göründüyü kimi, sudan istifadə ilə bağlı onunla müqavilə bağlanılmadığı, sayağac onun adına olmadığı halda göstəriş onun adına ünvanlanmış, bununla bağlı müvafiq və mötəbər sübutlar araşdırılmadan inzibati xətanın məhz onun tərəfindən törədilməsi barədə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6. 192.10. 192.11. 201. 203.209. 279.0.1. 393-1.2. 393-1.4. 394.0.5. 394.0.7. 395. 518.1. 532. 533-1. 536. 537.2. 539. 540.3, 540.5. 541- 544, 551.2. 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Göründüyü kimi şikayətçi AR İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olsaydım belə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 16 mart 2023-cü il tarixli MN № ******* saylı inzibati cərimə tətbiq etmə haqqında qərar yox, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməli, inzibati cərimənin şərti tətbiq edilməsi barədə göstərilən müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimə tətbiq edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 135.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq Əsgərov 16 mart 2023-cü ildə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə MN1290160 qərar ləğv edilməli və qeyd olunan hallar nəzərə alınmaqla inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq Əsgərov tərəfindən 16 mart 2023-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə MN1290160 qərar ləğv edilsin və qeyd olunan hallar nəzərə alınmaqla inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-261/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-261/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver