Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-262/2020 10.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X1 İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis baş leytenantıSüleymanov Səbuhi Söhrab oğlunun iştirakı ilə X1 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİM : X3 xx xxxxxx 2019-cu il tarixdə saat 17:00 radələrində “Samirə” Şadlıq sarayının yerləşdiyi küçədə vətəndaş X4 nalayiq ifadələrlə təhqir edərək İXM-nin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Ağdaş rayon RPŞ-nin sahə rəisi, polis baş leytenantı Süleymanov Səbuhi Söhrab oğlu izah etdi ki, vətəndaş X3 xx xxxxxx 2019-cu il tarixdə saat 17:00 radələrində “Samirə” şadlıq sarayının yerləşdiyi küçədə vətəndaş X4 nalayiq ifadələrlə təhqir etmişdir. Süleymanov Səbuhi Söhrab oğlu onlara yaxınlaşaraq özlərini təqdim etmiş bu hərəkətlərə son qoymasını tələb etmişdir. Onların şəxsiyyətini müəyyən etmək üçün RPŞ-nə təqdim etmişlər. RPŞ-də müəyyən olunmuşdur ki onlar X3 vəX5dur. Bu barədə tərəfindən araşdırma aparılmış, X1 izahatı alınmış və barəsində Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X3 izah etdi ki, ailəüzvləri ilə birlikdə Ağdaşşəhəri, M.İsayev küçəsi 36-da yaşayır. xx xxxxxx 2019-cu il tarixdə saat 17:00 radələrində “Samirə” Şadlıq sarayının yerləşdiyi küçədə vətəndaş X4 nalayiq ifadələrlə təhqir edərək aralarında yüngün mübahisə yaratmışdır. Yüksək səslə mübahisə etdikdə polis əmkdaşları onların mübahisə etdiklərini görərək onları RPŞ-nə təqdim etmişlər. Məhkəmədən bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmişşəxs X5 izah etdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 17:00 radələrində “Samirə” Şadlıq sarayının yerləşdiyi küçədə X3 onu nalayiq ifadələrlə təhqir edərək aralarında mübahisə yaratmış Daha sonra polis əmkədaşları onları RPŞ-nə dəvət etmişlər. Məhkəmədən X3 barəsində qanuna müvafiq qərar qəbul etməyi xahiş etdi. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinəəsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Bаrəsində inzibаti хətа hаqqındа işüzrə icrааt аpаrılаn şəхs X1, Ağdaş RPŞ-nin sahə rəisi polis baş leytenantıSüleymanov Səbuhi Söhrab oğlunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, X3 Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan RespublikasıİXM-in 76.1-ci maddəsin əəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X3 əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X3 oğlunun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Аzərbаycаn RеspublikаsıİХM-nin 21-ci maddəsinin tələbinəəsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Аzərbаycаn RеspublikаsıİХM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. İnzibati xətanın хаrаktеrini və mahiyyətini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X1 şəxsiyyətini, yüngülləşdirici və işin faktiki hallarını nəzərə аlаrаq hеsаb еdirəm ki, X3 təqsirli bilindiyi Аzərbаycаn RеspublikаsıİXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda gösdərilənləri əsasən bu Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq , QƏRARA ALDİM: xx xxx 1992-ci il tarixdəAğdaşşəhərində anadan olmuş, Azərbaycan Rеspublikаsının vətəndаşı, orta təhsilli, subay, işsiz, Ağdaş rayonu, M.İsayev küçəsi 36-da qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərаrın surəti təqdim еdildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Şəki Аpеllyаsiyа Məhkəməsinə şikаyət və yа prоtеst vеrilə bilər. Sədrlik edən Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-262/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-262/2020
10.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver