Məhkəmə qərarları › İş №3(014)-262/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-262/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-262/2023 08.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 iclas katibliyi ilə Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ № 14171390 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, EQ № 14171390 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X4 yol hərəkət qaydaları əleyhinə olan inzibati xəta törətmiş, buna görə də İnzibati Xətalar Məcəlləsinin 339.1-1 maddəsi ilə təqsirli bilinərək cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 həmin qərarlardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə X3 məxsus **-OT-*** nömrə nişanlı avtomobilə TP4921934 nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdi. Bununla bağlı Ağdaş Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə xx.xx.2022-ci il tarixli 3(014)-152/2022 saylı qərarla həmin inzibati işə xitam vermiş və baxılması üçün aidiyyəti üzrə göndərmişdir. Ancaq X11 işə X2 iştirakı olmadan baxmış və sübutlar təqdim etmədən inzibati qərar qəbul etmişdir. xx.xx.2022-ci il tarixli, TP5184007 nömrəli inzibati qərar Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(006)-3252/2022 saylı qərarı ilə ləğv edilmiş və yenidən iş baxılmağa göndərilmişdir. X11 yenə prosessual hərəkətləri pozmuş və inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X2 müraciətindən sonra Ağdaş Rayon Məhkəməsi yenidən xx.xx.2023-cü tarixli, 3(014)-2/2023 və ən sonuncu xx.xx.2023 tarixli, 3(014)- 186/2023 qərarlarla qanunsuz yazılmış inzibati tənbeh vermə haqqında qərarlara xitam vermişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq sistemdən silinmir və avtomobili texniki baxışdan keçirməyə şərait yaradılmır. Avtomobili dəfələrlə texniki baxış üçün müraciət etsə də, texniki baxış zamanı ləğv edilmiş qərarın ödənilməsi tələb edilir. Əməkdaşlar onlara bildirmişlər ki, sistem elə quraşdırılıb ki, onlar istəsələr belə bu əməliyyatı həyata keçirə bilmirlər. Nazirlər Kabinetinin avtonəqliyyat vasitələrinin texniki baxışını tənzimləyən əsasnaməsi, həmçinin “X10” Qanunun 30-cu maddəsini əsasən nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Bu qanunun mənasına görə bəhs etdiyi cərimənin ödənilməsi tələbi əsasız və hüquqsuzdur. X8 Polisi məhəl qoymur, Azərbaycan Respublikası adından verilən Məhkəmə hökmünə hörmətsizlik edir. Onlar avtomobildən istifadə edə bilmirlər. Avtomobil işlək vəziyyətdə olmadığından M.İsayev küçəsində avtotəmir məntəqəsində yolun kənarındadır. xx.xx.2023 tarixdə həmin ərazidə yol kənarında durmuş, park halında olan avtomobilinə barəsində avtomobini illik texniki baxışdan keçirilməməsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. Həmin qərar Asan-Pay elektron kabinetinə yerləşdirilib. EQ14171390 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz hesab edir. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 339.1-1-ci maddəsinə görə texniki baxışdan keçirilməyən avtomobil idarə olunan zaman cərimələnə bilər. Hərəkətsiz halda duracaqda olan avtomobilə cərimə yazılması qanunsuzdur. (339.1-1. Nəqliyyat vasitəsini “X10” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir). Göründüyü kimi qanun məhz avtomobilin idarə edilməsindən (dinamik şəkildə) bəhs edir. İnzibati qərarı tərtib edən inspektor buna diqqət yetirməli idi ancaq etməyib. Qərardan şikayət vermiş şəxs və qərarından şikayət verilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, şikayət vermiş şəxs özü şikayətində göstərmişdir ki, onun avtomobilini texniki baxışdan keçirilmir. Əgər belə bir hal həqiqətən vardırsa, H.Abdullayevanın bu barədə müvafiq qaydada inzibati məhkəməyə müraciət etmək hüququ var idi. Eyni zamanda, şikayətdə qeyd olunmuşdur ki, avtomobil idarə edilmir və yolun kənarındadır. Avtomobilin yolun kənarına idarə edilərək gətirilməsi şübhəsizdir. Əks halda avtomobil H.Abdullayevaya aid yerdə saxlanıla bilərdi. Belə olan halda aydın olur ki, Həlimə Abdullayevanın inzibati xəta törətməsi aşkardır və bunun heç bir üzrlü və ondan asılı olmayan səbəbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.5-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X2 şikayəti əsassızdır və onun inzibati xətanı törətməsi işin materialları ilə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ № 14171390 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar