Məhkəmə qərarları › İş №3(014)-264/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-264/2020

30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-264/2020 30.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(014)-1830/2019 saylı icra vərəqəsinəəsasən Şəxs 415 manat və 20 manat rüsum alınaraq X2 verilməlidir. İcra vərəqəsinəəsasən borclu Şəxs 415 manat borcu tələb olunsada həmin pulu ödəməkdən qərəzli olaraq imtina etmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta törədən Şəxs aliment borcunun 415 manat və 20 manat dövlət rüsumu, cəmi 435 manat borcdan 100 manatını məhkəmə zalında ödəyəcəyini, qalan 335 manat borcunu isə hissəhissəödədəyəcəyinə söz vermişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(014)-1830/2019 saylı icra vərəqəsi Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası iləəlaqədar olaraq, borclu Şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin borclu Şəxs şöbəyə gəlməmiş, tələbkara olan borcunu ödəməmişdir. Bundan sonra, icra tədbirləri davam etdirilməklə borclu Şəxs barəsində olan borcu onun özünə vəəmlakı hesabına ödətdirmək məqsədi ilə borclunun yaşadığıünvanda olarkən, borcluya məxsus tələbin yönəldilə biləcəyi zəruri əmlakdan başqa heç bir əmlakı aşkar olunmamışdır. Borclunun daşınar və daşınmaz əmlakının olub olmaması, vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması, hər hansı bir növdə sosial müavinat alıb-almaması barədə lazımi orqanlara rəsmi sorğular edilmişdir. Edilmiş sorğuların cavabında bölməyə məlum olmuşdur ki, borclu Şəxs heç bir yerdə işləməməklə, heç bir təqaüd növü almır, onun adına heç bir qiymətli əşya vəəmlakı, daşınar və daşınmaz əmlakı yoxdur. Borclu tələbkara olan borcundan 100 manat ödəniş etmişdir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izah etdi ki, Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(014)-1830/2019 saylı icra vərəqəsinəəsasən ondan borc tutularaq tələbkara ödəlilməlidir və onun 415 manat borcu yaranıb. Uzun müddətdir ki, Ağdaş şəhərində yaşayır və məhkəmə tərəfindən ona verilmiş müddət ərzində borcunu tamamilə ödəyəcəyini bildirmişdir. Məhkəmədən əməlində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbkar X1 ərizəsinin surətindən görünür ki, Şəxs Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(014)-1830/2019 saylı icra vərəqəsi ilə yaranmış 435 manat borcunu tam olaraq ödəməmişdir. Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası iləəlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, hazırda Şəxs Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(014)-1830/2019 saylı icra vərəqəsi ilə yaranmış borcunu tam olaraq ödəməmişdir. İcra məmurunun bütün qanuni tələblərini yerinə yetirmişdir. Məhkəmə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 və inzibati xəta törədən Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan tərtib yoxdur. Belə ki, Azərbaycan Respublikasıİnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinəəsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə işüzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinəəsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsiüçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdəİXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən vəAzərbaycan RespublikasıİXM-nin 40, 43, 48-51, 53, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs hərəkətindəAzərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığıdan, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar