Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-265/2020 28.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X2 iştirakı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: ŞəxsMingəçevir Şəhər Məhkəməsi tərəfindən xx xxxxxx 2016-cıil tarixdə verilmiş 2(051)-6055/2016 saylı icra sənədinin icrası ilə bağlı Ağdaş rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Mahir Abbasovun qanuni tələbini yerinə yetirməmiş, Əzizova Gözəl Akif qızına 2448 (iki min dörd yüz qırx səkkiz) manat aliment borcunu ödəməmişdir. Buna görə onun barəsində xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında epilepsiya xəstəsi olduğuna görə heç yerdə işləyə bilmədiyini, bu səbəbdən də 2448 (iki min dörd yüz qırx səkkiz) manat aliment borcunun yarandığını, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cıil tarixli 2(051)-6055/2016 saylı icra sənədi üzrə olan borcunu ödəməsi ilə bağlı verilmiş vaxt ərzində tələbkar Əzizova Gözəl Akif qızı ilə öz aralarında razılığa gəldiklərini bildirdi. Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X3 məhkəmə iclasında icra sənədi üzrə borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətiriləndən sonra barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs aliment borcunun ödənilməsi ilə bağlı tələbkar Əzizova Gözəl Akif qızı ilə razılığa gəldiklərini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Ş.Məmmədovu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və icra məmurunun izahatlarından görünür ki, borcun ödənilməsi ilə bağlı tələbkarla razılığa gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzabati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanını (vəzifəli şəxsin)qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o,təqsirsiz hesab edilir. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkın bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokollla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə təqdim edilmiş sübutları araşdırıb hesab edirəm ki, icra məmuru xx xxxx 1995-ci ildə X1 şəhərində anadan omuş, Ağdam rayonu, Boyəhmədli kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri, Tibb Kollecinin yataqxanasında yaşayan borclu Şəxs xx xxxx 2016cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2016-cıil tarixdən başlayaraq Şəxs Əzizova Gözəl Akif qızının xeyrinə hər ay 117 manat sabit pul məbləğində aliment tutulması barədə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016cıil tarixli 2(051)-6055/2016 saylı icra sənədi üzrə tələbin ödənilməsi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərnə əməl edərək lazımi hərəkətləri etmiş, lakin borclu Şəxs maddi vəziyyəti imkan vermədiyi, yəni adına tələbin yönəldilə bilinəcəyi hər hansı bir əmlak aşkar edilmədiyi, xəstəliyi ilə bağlı işləmədiyi, hər hansı bir gəlir yeri, qazanc mənbəyinin olmadığı üçün icra sənədinin icra edilməsi mümkün olmamış, yəni 2448 (iki min dörd yüz qırx səkkiz) manat aliment borcu ödənilməmişdir, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs icra sənədi üzrə olan borcunu ödəməsi ilə bağlı tələbkar Əzizova Gözəl Akif qızı ilə öz aralarında razılığa gəldiklərini bildirmişdir. Belə olan halda, icra sənədi üzrə borclu Şəxsnın əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Borclu barəsində inzibati xəta haqqında protokol o vaxt tərtib edilə bilər ki, o, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxsnın barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-265/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-265/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver