Məhkəmə qərarları › İş №3(014)-266/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-266/2020

18.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-266/2020 18.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Ağdaş rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X3 İnzibati xəta törədən Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(014)-401/2019 saylı qətnaməsinə əsasən borclu Şəxs X1 xeyrinə 3500 manat borca görə, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3530 (üç min beş yüz otuz) manat tutularaq tələbkarın xeyrinəödənilməlidir və hazırda 3380 (üç min üç yüz səksən) manat borcu ödəməmişdir. Şəxs borcu ödəməkdən qərəzli olaraq imtina etmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X4 tərəfindən Şəxs barəsində xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X4 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Ağdaş rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(014)-401/2019 qətnaməsi Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası iləəlaqədar olaraq, borclu Şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs borcun ödənilməsi barədə xəbərdarlıq edilsə də tələbkara olan borcunu ödəməmişdir. Bundan sonra, icra tədbirləri davam etdirilməklə borclu Şəxs barəsində olan borcu onun özünə vəəmlakı hesabına ödətdirmək məqsədi ilə borclunun yaşadığıünvanda olarkən, borcluya məxsus tələbin yönəldilə bləcəyi zəruri əmlakdan başqa heç bir əmlakı aşkar olunmamışdır. Borclunun daşınar və daşınmaz əmlakının olub olmaması, vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması, hər hansı bir növdə sosial müavinat alıb-almaması barədə lazımi orqanlara rəsmi sorğular edilmişdir. Edilmiş sorğuların cavabında bölməyə məlum olmuşdur ki, borclu Şəxs heç bir yerdə işləməməklə, heç bir təqaüd növü almır, onun adına heç bir qiymətli əşya vəəmlakı yoxdur. Borclu tələbkara olan borcundan ödəniş etmir və barəsində axtarış işi açılmış xx xxxx 2020-ci il tarixdə gücə saat 01:30-da inzibati qaydada tutulmuşdur. Borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izah etdi ki, Ağdaş rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(014)-401/2019 saylı qətnaməsinəəsasən X1 xeyrinə 3500 manat borca görə, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3530 (üç min beş yüz otuz) manat tutularaq tələbkarın xeyrinəödənilməlidir və hazırda 3380 (üç min üç yüz səksən) manat borcu ödəməmişdir. Yaranmış borcu hissə-hissəödəyəcəkdir. Hazırda əməlindən peşmandır. Borcu maddi imkansızlığa görəödəyə bilmir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül izibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq işüzrə zərərçəkmişşəxs məhkəməyə gəlmədiyindən, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul edilmiş «İnsan hüquqları X5»nin 7-ci maddəsində göstərilir ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası iləəlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. İş materiallarında olan və məhkəmə iclasında təqdim edilən inzibati qaydada tutulma protokulundan görsənir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 01:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X3 və inzibati xəta törədən Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinəəsasən isə Şəxs əməlindən səmimi peşmançılığını isə inzibati məsüliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinəəsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işüzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinəəsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşŞəxs əməlinin Azərbaycan Respublikasının İXM-nin digər maddəsinə (maddələrinə) tövsif edilməsi və ya inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsiüçün əsaslar görmür. Məhkəmə inzibati xəta törətmişşəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmişŞəxs təqsirli bilindiyi Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-nin 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxxxx 1979-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, Ağdaşşəhəri, Y.Nəbiyev küçəsi 4/2-də qeydiyyatda olan və yaşayan Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 01:30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətindəŞəki Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar