Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-267/2021 08.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oktay oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Oktay oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Oktay oğlu 01.02.2021-ci il tarixdə, saat 12:00 radələrində Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin İstintaq qrupunun müstəntiqi Elton Kərimovun 16 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 16.04.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oktay oğlu izahatında bildirdi ki, o, Sahib Baxşəliyevi tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Sahibin kürəkəni Qüdrət Muradov ona məxsus ərzaq mağazasında əvvəllər satıcı işləmiş, onunla sonradan aralarında narazılıqlar yarandığından münasibətləri pozulmuşdur. 01.02.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində o, yaşadığı evdə olan zaman yaşadığı evə yaxın yerləşən ona məxsus mağazada satıcı işləyən Şəmsəddin Musabəyov onu səsləyərək mağazaya çağıraraq kiminsə onu çağırmasını bildirmişdir. Şəmsəddinə “məni çağıran şəxsə de ki, gəlsin evin həyətinə” sözlərini söyləyərək yaşadığı evin həyətinə düşmüş, o, həyətə düşən zaman həyətdə Sahib Baxşəliyevin olduğunu görmüşdür. Həmin vaxt Sahib Baxşəliyev ona “sən mənim qızımın şəkillərini sosial şəbəkədə paylaşırsan, o, şəkilləri “İnstaqram” sosial şəbəkəsindən sil” sözlərini söyləmiş, o, Sahibə “qızının şəkillərin mən sosial şəbəkədə paylaşmamışam, bu barədə Ağdaş rayon prokurorluğunda araşdırma aparılmışdır” sözlərini söyləmişdir. Yenə də Sahib iddia edərək şəkilləri sosial şəbəkəyə onun yerləşdirdiyini bildirərək sözlə mübahisə etməyə başlamışdır. Daha sonra Sahib ona “sən bu dəqiqə Ağdaş rayon prokurorluğun müstəntiqi Nəriman adlı şəxsi buraya gətir olanlara aydınlıq gətirsin” sözlərini söyləmişdir. Həmin vaxt Sahib əynində olan paltarın içəri cibindən bıçağı çıxararaq ona “bu gün mən səni bu bıçaqla vurmağa gəlmişdim, amma vurmuram” deyərək bıçağı yenidən paltarının iç cibinə qoymuşdur. Daha sonra Sahib ona “sən axşama kimi şəkilləri sil, yoxsa mən gəlib səninlə söhbətimi davam etdirəcəm” sözlərini söyləmişdir. Sahiblə yaşadığı evin həyətində mübahisələri olub qurtardıqdan sonra Sahib ona məxsus mağazanın içərisinə keçmişdir. O da həmin vaxt DİN-in 102 xidmətinə məlumat verərək Sahib adlı şəxsin onun yaşadığı ünvana əlində bıçaqla gəlməsi barədə məlumat vermişdir. Daha sonra o, özünə məxsus mağazanın içərisinə keçən zaman Sahibin mağazanın içərisində olduğunu görmüşdür. Həmin vaxt yenə də Sahib kürəkəni Qüdrəti mağazanın çölündən içəri çağıraraq telefonda olan şəkilləri ona göstərmişdir. Qüdrət əlində olan telefonu açaraq sosial şəbəkədə olan səhifəni ona göstərərək, ona “sən paylaşmısan mənim arvadımın şəkillərini?” sözlərini söyləmişdir. O, Qüdrətə şəkilləri paylaşmadığını bildirmişdir. Həmin vaxt Sahib onunla yenidən sözlə mübahisə edən zaman qəfildən şillə ilə onun sol sifət nahiyəsindən bir dəfə vuran zaman onlar əlbəyaxa olmuşlar. O da Sahib Baxşəliyevin yaxasından əlləri ilə tutaraq mağazada olan vitrinə vurması üçün sıxmışdır. Onların aralarında olan dava-dalaş zamanı Qüdrət ona “sən Sahibi burax mən özüm aparacam mağazadan kənara” sözlərini söyləmiş, daha sonra o, Sahibin paltarının yaxasından əllərini buraxmış Qüdrət Sahibi mağazadan küçəyə çıxartmışdır. 01.02.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində X6 arasında olan dava-dalaş zamanı əlbəyaxa olan zaman Sahib Baxşəliyevin qulağı mağazanın vitrininə dəyərək xəsarət almışdır. O, Sahib Baxşəliyevin heç bir yerindən vuraraq xəsarət yetirməmiş və əlində heç bir şey olmamışdır. X6 arasında olan dava-dalaş zamanı Sahib Baxşəliyev bir dəfə şillə ilə onun sol sifət nahiyəsindən vuraraq döymüşdür. Sahib Baxşəliyev onu başqa heç bir yerindən vuraraq döyməmişdir. X6 arasında olan dava-dalaş zamanı orada ona məxsus mağazada satıcı işləyən Şəmsəddin Musabəyov və Qüdrət Muradovdan başqa heç kim olmamış və səslərinə heç kim gəlməmişdir. Baş vermiş davadalaş təxminən 2-3 dəqiqə davam etmiş, 02.02.2021-ci il tarixdə Sahib Baxşəliyev onun istifadəsində olan ***-***-**-** saylı sim nömrəsinə ***-***-**-** saylı sim nömrədən zəng edərək onunla söhbət edib çay içmək istəməsini bildirmiş və söhbət əsasında ona hədəqorxu gəlmişdir. Sahib ona zəng etdikdən təxminən yarım saat sonra Sahibin qızı Arzu 02.02.2021-ci il tarixdə təxminən saat 17:00 radələrində onun yaşadığı ünvana gələrək “sən atamı nə səbəbə bura çağırtdırırsan, sən özünü öldürtdürmək istəyirsən? bir daha atam Sahibə cavab vermə” sözlərini söyləmiş, həmin vaxtlarda Sahib yenə də onun istifadəsində olan telefon nömrəsinə zəng etmiş, Arzu Muradova onun yaşadığı evdən çıxıb getdikdən təxminən 10 dəqiqə sonra əri Qüdrətin ***-***-**-** saylı sim nömrəsi ilə ona zəng edərək “sən atama zəng et və de ki, evdə yoxam, başqa vaxt görüşərik” sözlərini söyləmişdir. Özünün təqsirli bilmir. Hesab edir ki, o, hadisə zamanı zəruri müdafiə kimi özünü Zərərçəkmiş şəxs hərəkətlərindən müdafiə etmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Şəxs X10 şəkillərinin üzərinə nalayiq ifadələr yazaraq “İnstaqram” sosial şəbəkəsinə “Ağdaş İfsalogiya” adı ilə səhifə açaraq şəkilləri oraya yerləşdirmişdir. Onların heç bir kəslə ədavətiləri yoxdur. Lakin Ağdaş şəhər sakini Şəxs 2020-ci ilin may ayında onun X8la mübahisələri yaranmışdır. Mübahisə zamanı Şəxs Qüdrət Muradova “səni hər yerdə biabır edəcəm” sözlərini söyləmişdir. Qüdrət həmin vaxt Qəribin dediyi sözləri ciddiyə almamışdır. X10 şəkillərinin üzərinə nalayiq sözlər yazılaraq sosial şəbəkədə yayıldığından əsəbləşərək Şəxs məxsus mağazaya 01.02.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində gedərək nə səbəbdən X10 şəkillərini “İnstaqram” şəbəkəsində yaymasını soruşmuşdur. Həmin zaman Qərib ona qızının şəkillərini sosial şəbəkədə yaymadığını demişdir. Onun Qəriblə aralarında sözlə mübahisələri yarandığından o, X8a zəng edərək Qəribin yaşadığı evin qarşısındakı mağazaya gəlməyini bildirmişdir. Qüdrət evdə olan smartfon tipli mobil telefonunu götürərək Şəxs məxsus mağazaya gətirmişdir. Qüdrət Muradov mağazaya çatan zaman o, Şəxs məxsus mağazanın içərisində olmuş, lakin Qərib orada olmamışdır. Təxminən 10 dəqiqə sonra Qərib yaşadığı evdən mağazaya gələn zaman Qüdrət telefonda olan şəkilləri Şəxs göstərən zaman Qərib heç bir söz deməmişdir. Qərib susan zaman onunla Şəxs arasında mağazanın içərisində mübahisə yaranmış, daha sonra bir-biriləri ilə əlbəyaxa dava etmişlər. Qəriblə o, əlbəyaxa olan zaman Qərib onun sol qulaq nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Yeznəsi Qüdrət onları bir-birilərindən ayırmağa çalışmış, həmin vaxt Qərib onlardan uzaqlaşaraq balta-bıçaq axtarmışdır. X5 mağazadan kənara çıxaran zaman onun sol qulaq nahiyəsindən qan axmasını və xəsarət almasını görmüşdür. Onunla 01.02.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Şəxs arasında baş vermiş davadalaş zamanı dəqiq nə ilə bilmədiyi, ancaq Qərib əlində nə iləsə onun sol qulaq nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Onunla Şəxs arasında olan dava-dalaş zamanı o, Qəribi heç bir yerindən vuraraq döyməmiş, onunla Şəxs arasında olan dava-dalaş zamanı orada Şəxs mağazasında olan adını bilmədiyi satıcısı və X8dan başqa heç kim olmamış, səslərinə heç kim gəlməmiş, aralarında baş vermiş dava-dalaş təxminən 6-7 dəqiqə davam etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, Ağdaş rayon Qolqəti kəndində yaşayan Zərərçəkmiş şəxs 01.02.2021-ci il tarixdə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək 01.02.2021-ci il tarixdə Şəxsbun onun sol qulaq nahiyəsinə vuraraq ona xəsarət yetirməsini bildirmişdir. Həmçinin ünvan 2 ünvanında yaşayan Şəxs 01.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə zəng edərək Sahib adlı şəxsin onun yaşadığı ünvana əlində bıçaqla yaxınlaşması barədə məlumat vermişdir. Həmçinin, Şəxs 01.02.2021-ci il tarixdə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək 01.02.2021-ci il tarixdə Zərərçəkmiş şəxs onun evinə gələrək üzərinə bıçaq çıxardaraq və onun yumruqla sol sifət nahiyəsindən vuraraq döyməsini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs Oktay oğlunun həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 16.04.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 12 mart 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 16 aprel 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs Oktay oğlunun RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 12 mart 2021-ci il tarixdən 16 aprel 2021-ci il tarixədək dayandırılmışdır. Ağdaş Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 3(014)-171/2021 saylı qərardadı ilə Şəxs Oktay oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş Rayon Polis X1 Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş MN ******* №-li, 16 aprel 2021ci il tarixli “İnzibati xəta haqqında” protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş Rayon Polis Şöbəsinə geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs Oktay oğluna onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Oktay oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-267/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-267/2021
08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver