Məhkəmə qərarları › İş №3(014)-269/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-269/2020

24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-269/2020 24.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: ŞəxsAğdaş Rayon Məhkəməsinin 2(014)-1003/2015 saylı xx xxxx 2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.Abbasovun qanuni tələbini yerinə yetirməmiş, X2 5739 (beş min yeddi yüz otuz doqquz) manat borcunu ödəməmişdir. Buna görə onun barəsində xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədi və bildirdi ki, işləmədiyi, heç bir gəlir mənbəyi olmadığı üçün X2 olan borcunu ödəyə bilməmiş, bu vaxta qədər ona borcun ödənilməsi ilə bağlı icra məmuru tərəfindən heç bir xəbərdarlıq edilməmiş, Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməsi üçün rəsmi olaraq ünvanına bildiriş gəlməmiş, bir gün də olsa qeydiyyatda olduğu və yaşadığı ünvandan kənarda qalmamış, yalnız bu gün onun borcun ödənilməsi ilə bağlı izahatı alınmış və ona xəbərdarlıq edilmiş, tələbkardan aldığı avtomobili onun özünə geri qaytarmışdır, hesab edir ki, icra sənədi üzrə tələbkar X2 borcu yoxdur, ancaq bu barədə məhkəmə qətnaməsi olduğuna görə borcu ödəməli olduğunu başa düşür, lakin hazırda tələb olunan borcu ödəmək iqtidarında deyildir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1003/2015 saylı xx xxxx 2015-ci il tarixli icra sənədi əvvəl icra məmuru Mahir Abbasovun icraatında olmuş, icra sənədi üzrə material onun icraatına yenicə daxil olmuş, icra sənədinin icrası ilə bağlı əvvəlki icra məmuru tərəfindən icra sənədi üzrə borclunun adına bank hesabının olub-olmaması barədə sorğular verilmiş, lakin borclunun adına borcun ödənilməsi üçün yönəldilə bilinəcək hər hansı bank hesabının olmadığı müəyyən edilmiş, bu gün barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs borcunu ödəməsi barədə tərəfindən xəbərdarlıq edilmiş və onun izahatı alınmış, lakin Şəxs onun qanuni tələbini yerinə yetirməmiş, buna görə X2 olan borcunu ödəmədiyi üçün tərəfindən borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.Abbasovu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1003/2015 saylı xx xxxx 2015-ci il tarixli icra sənədi Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına 2015-ci ildə daxil olmasına baxmayaraq borcun ödənilməsi ilə bağlı icra məmuru tərəfindən borcluya rəsmi xəbərdarlıq edilməmiş, onun izahatı alınmamış, borclunun daimi yaşadığı ünvanda olmasına və ona Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməsinə dair heç bir rəsmi bildiriş göndərilməməsinə baxmayaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi haqqında təqdimatla məhkəməyə müraciət edilmiş, icra məmuru Mahir Abbasov tərəfindən borclunun axtarılması haqqında qərar qəbul edilmiş, borcun ödənilməsi ilə bağlı borclunun əmlakının olub-olmaması yoxlanılmamış, yalnız pensiya alıb-almamsı və işləyib-işləməməsi barədə sorğu verilməklə kifayətlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloci salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərədə tutulmuş qaydad sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə təqdim edilmiş sübutları araşdırıb hesab edirəm ki, icra məmuru Ağdaş rayonu, Pirkəkə kəndində yaşayan Şəxs 3739 manat əsas borc və 2000 manat hesablanmış faiz borcu, cəmi 5739 (beş min yeddi yüz otuz doqquz) manat borcun X1xeyrinə tutulması barədə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli icra sənədi üzrə tələbin ödənilməsi üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan bütün lazımi hərəkətləri tam olaraq ardıcıllıqla icra etməmişdir. Buna görə də Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Borclu barəsində inzibati xəta haqqında protokol o vaxt tərtib edilə bilər ki, o, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar