Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-27/2021 18.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs məxssus olan bir baş heyvan naxırdan gələn vaxt sutqanın qaranlıq vaxtında asfalt örtüklü yola çıxaraq həmin ərazidə hərəkətdə olan “VAZ 2107” minik markalı aftomobilin yoluna çıxmış, “VAZ 2107” markalı aftomobilin sürücüsü heyvanı vurmuşdur. Hadisə nəticəsində heyvan ölmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 və Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 və Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında protokolu və iş materiallarını tətqiq edərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanı törətməkdə təqsirlidir və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan ahakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-in 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və inzibati xətanın xarakterini nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və əməlindən səmimi peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdırıcı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah edilsin ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı dəymiş ziyanın ödənilməsinə dair məhkəmədə mülki qaydada iddia qaldıra bilər. Məhkəmə inzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxxxxx 1974-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonu, Dəhnə kəndində yaşayan, ailəli, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ünvan: Ağdaş şəhəri, M.İsayev küçəsi 17 AZ-0300 Faks:***-***-**-**, Telefonlar: ***-***-**-**,***-***-**-**, ***-***-**-** İş № 3(014)-390/2020 xx xxxxxx 2020-ci il Ağdaş rayon İcra və Probasiya Şöbəsinin sahə rəisi cənab Şaiq Məmmədova Şəxs 80 (səksən) manat inzibati cərimə edilməsinə dair Ağdaş rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 3(014)-390/2020 saylı icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. İcranın nəticəsi barədə məhkəməyə məlumat verməyiniz xahiş olunur. Qoşma : İcra vərəqəsi, qərarın və şəxsiyyət vəsiqəsinin surəti. Məhkəmənin Hakimi : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-27/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-27/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver