Məhkəmə qərarları › İş №3(014)-270/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-270/2020

24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-270/2020 24.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Yuxarı Ləki kəndində yerləşən 111 saylı neft köşkünün qarşısında Zərərçəkmiş şəxs Etibar oğlunu nalayiq söyüşlərlə söyüb təhqir edərək xırda xuliqanlıq etmişdir. Ağdaş rayon Polis Şöbəsinin İQ-nun müstəntiqi, polis mayoru X2 xx xxxx 2020-ci il tarixli qərarı ilə X3 əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, sözügedən qərar qanuni qüvvəsini aldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Ağdaş rayon RPŞ-nin İTB-nə göndərilmiş və həmin qərar əsasında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi X1 06.06. 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat açılmış, lakin Şəxs yaşadığı ünvana gedilsə də, onu ünvanında tapmaq mümkün olmadığından yeri müəyyən edilənə qədər iş üzrə icraat sahə rəisinin xx.xx.2020-ci il tarixli qərarı ilə dayandırılmış, xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat təzələnərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Buna görə onun barəsində xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi, xx xxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs ona benzin satmaq istəmədiyinə görə əsəbiləşdiyini, ucadan danışdığını, onun üstünə butulka və telefonunu atdığını, lakin heç bir nalayiq söyüş söymədiyini, hazırda əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxsla barışdığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən “Halal” marketin qarşısındakı yolda pərakəndə avtomobil ehtiyat hissələrini satmaqla məşğul olduğunu, xx xxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Şəxs oraya gələrək ona benzin verməsini tələb etdiyini, Həsrət sərxoş olduğuna və onunla kobud danışdığına görə benzin olmadığını dediyini, Həsrətin çıxıb getdiyini, 10 dəqiqə sonra yenidən oraya qayıdaraq onu söyüb təhqir etdiyini, səsə heç kimin gəlmədiyini, hazırda Şəxsla barışdıqlarını, ondan heç bir şikayətinin, tələbinin olmadığını bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, iş üzrə zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə olunmuş xx xxxx 2020-ci il tarixli arayışdan məlum olur ki, Şəxs barəsində xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx xxxx 2020-ci il tarixli 56 saylı protokolun surətindən məlum olur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 00:15 radələrində sərxoşluq müayinəsindən keçirilmiş və onun orta dərəcəli sərxoş olması müəyyən olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə olunmuş xx xxxx 2020-ci il tarixli arayışdan məlum olur ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon Polis Şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı onun kartotekasında heç bir məlumat olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloci sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs oğlunun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar nəzərə alınaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan maksimum həddə cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1991-ci ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar