Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-270/2021 12.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs mütəmadi olaraq günün müxtəlif vaxtlarında Ağdaş rayonu Ləki qəsəbəsində yerləşən binanın qarşısında insanların sıx toplaşdıqları yerdə yüksək səslə nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozmuş, habelə 10 iyul 2021-ci il tarixdə polis əməkdaşına qarşı aqressivlik edərək onun qanuni tələblərinə qəsdən tabe olmamış, bu hərəkətləri ilə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1ci maddələrinin tələbini pozmuşdur. Buna görə onun barəsində 12 iyul 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bildi, sərxoş olduğu vaxtlarda yaşadığı Ağdaş rayonu Ləki qəsəbəsində yerləşən binada nalayiq ifadələr işlətdiyini, 10 iyul 2021-ci il tarixdə ailəsi ilə mübahisə etdiyi vaxt qonşuları Pərviz və Sadiqin onları narahat etdiyindən polisə şikayət etdiklərini, buna görə polis əməkdaşİlkin Səmədovun ona yaxınlaşıb onu nizam-intizama dəvət etdiyini, lakin sərxoş olduğuna və onun barəsində şikayət olduğuna görə polis əməkdaşına aqressivlik göstərdiyini, onun qanuni tələbinə qəsdən tabe olmadığını, hazırda əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirdi. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 oğlu məhkəmə iclasında ünvan 1 ünvanında yaşadığını, qonşusu olan Şəxs oğlunun mütəmadi olaraq yüksək səslə nalayiq ifadələr işlədərək onları narahat etdiyini, buna görə də Ağdaş rayon Polis Şöbəsinə şikayət etdiyini, 10 iyul 2021-ci il tarixdə onun şikayəti əsasında yaşadığı ünvana gəlmiş polis əməkdaşı İlkin Səmədov özünü təqdim edib Şəxs nizam-intizama dəvət etdiyini, bu zaman Şəxs oğlunun ona aqressivlik göstərərək öz qanunsuz hərəkətlərini davam etdirdiyini, onun qanuni tələbinə qəsdən tabe olmadığını bildirdi. İş üzrə şahid Ağdaş rayon Polis Şöbəsinin əməkdaşı X1 məhkəmə iclasında Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsində yaşadığını, Şəxs oğlunun mütəmadi olaraq binanın qarşısında, adamların sıx toplaşdıqları yerdə ucadan nalayiq söyüş söydüyünü, bu hərəkəti ilə də ətrafda olanları narahat etdiyini, 10 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 oğlunun şikayəti əsasında oraya gəlmiş polis əməkdaşı Şəxs oğlunu nizam-intizama dəvət etdiyini, bu zaman Şəxs oğlunun ona aqressivlik göstərərək öz qanunsuz hərəkətlərini davam etdirdiyini, onun qanuni tələbinə qəsdən tabe olmadığını, buna görə də onu Polis Şöbəsinə dəvət etdiyini təsdiq etdi. İş üzrə şahid Zərərçəkmiş şəxs2 məhkəmə iclasında 10 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 şikayəti əsasında onun yaşadığı ünvan 1 ünvanında olarkən həmin binada yaşayan Şəxs oğlunun ucadan nalayiq söyüş söydüyünü, bu hərəkəti ilə də ətrafda olanları narahat etdiyini görüb yaxınlaşaraq özünü təqdim edib Şəxs nizamintizama dəvət etdiyini, bu zaman Şəxs ona aqressivlik göstərərək öz qanunsuz hərəkətlərini davam etdirdiyini, onun qanuni tələbinə qəsdən tabe olmadığını bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsi, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, onun barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, yəni daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 12 iyul 2021-ci il tarixdən, saat 12:45-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1989-cu ildə Ağdaş rayonu Ləki qəsəbəsində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində on gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 12 iyul 2021-ci il tarixdən, saat 12:45-dən hesablansın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-270/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-270/2021
12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver