Məhkəmə qərarları › İş №3(014)-270/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-270/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-270/2025 27.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi VMİE X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Ağdaş rayonunun Maşad kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 27 may 2025-ci il tarixdə saat 00:15 radəllərində barəsində həyat yoldaşı X1 etdiyi şikayət əsasında polis şöbəsinə dəvət olunan zaman polis şöbəsinə getmək istəmədiyini bildirərək polis əməkdaşlarının müqavimət göstərmiş, əl-qol hərəkətləri edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ağdaş Rayon Polis X3 Bölməsinin polis sahə rəisi VMİE X13 məhkəmə iclasında izahatında göstərdi ki, 26 may 2025-ci il tarixdə saat 00:15 radələrində X4 DİN-nin 102 xidmətinə zəng edərək həyat yoldaşı ilə aralarında münaqişə yarandığını, daha sonra həyat yoldaşının onu ölümlə hədələməsindən qorxduğunu bildirmişdir. Bundan sonra həmin müraciətə əsasən şəxsin evinə gedilmiş onu izahat vermək üçün Ağdaş rayon Polis Şöbəsinə aparmaq istəsələrdə şəxs tabe olmamışdır. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdiyindən Şəxsı nizamintizama dəvət edib Ağdaş rayon Polis Şöbəsinin inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 26 may 2025-ci il tarixdə saat 00:15 radələrində polis əməkdaşları onun evinə gələrək onu polis şöbəsinə dəvət etmişlər, o, polis əməkdaşlarına heç yerə getməyəcəyini, özü istədiyi təqdirdə gedəcəyini demişdir. Sonra onu polis şöbəsinə gətirmişlər. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahat verərək göstərdi ki, 26 may 2025-ci il tarixdə saat 23:56 radələrində Ağdaş rayon Polis Şöbəsinin əməliyyatistintaq qurupunda olan zaman Ağdaş şəhəri Maşad küçəsində yaşayan X4 AR DiN-102 xidmətinə müraciət edərək, yaşadığı ünvanda həyat yoldaşı Şəxs onu ölümlə hədələməsini bildirmişdir. Daha sonra saat 00:15 radələrində onun ünvanına gedərək, Şəxs izahatını almaq üçün polis şöbəsinə dəvət etmişlər, lakin sonuncu içkili olduğundan getməyərək müqavimət göstərib, əl-qol hərəkətləri etməyə başlayaraq, bizim onların (sakit ol sakitləş) qanuni tələblərimizə qəsdən tabe olmayaraq, polis şöbəsinə getməyəcəyini təkrarlayaraq tabesizlik göstərdiyi üçün həmin şəxsi Ağdaş RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər və həmin şəxs öz əməllərini Ağdaş RPŞ-in inzibati binasında da təkrarlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verərək şahid X6 izahatında göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək göstərdi ki, yoldaşı onu təhqir edərək ölümlə hədələdiyindən onun barəsində polisə şikayət etmişdir. Sonra polis əməkdaşları yoldaşının arxasınca gəldikdə yoldaşı onların ünvanlarına nalayiq ifadələr işlədib onlarla getmək istəməmişdir. Polis əməkdaşları uzun müddət onu polis şöbəsinə aparmağa çalışmışlar. İş materiallarında olan 27 may 2025-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin CABin ə/m polis kiçik leyenantı Nicat Hüseynovun tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəisi Vəfalı Həsənalıyevə ünvanlanmış raportdan görünür ki, 27 may 2025-ci il tarixdə saat 23:56 radələrində Ağdaş rayon Polis Şöbəsinin əməliyyat-istintaq qurupunda olan zaman Ağdaş şəhəri Məşəd küçəsində yaşayan X4 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək, yaşadığı ünvanda həyat yoldaşı Şəxs onu ölümlə hədələməsi bildirmişdir. Daxil olmuş müraciət əsasında, o əməliyyat-istintaq qrupunda olan əməkdaşlarla birlikdə xx.xx.2025-ci il tarixdə saat 00:15-də hadisə yerinə getmişlər orada olan zaman X2 həyat yoldaşı Naxçıvan MR-in Naxçıvan şəhəri V.Qasımov küçəsi ev 21də qeydiyyatda olmaqla Ağdaş şəhəri Məşəd küçəsində yaşayan, xx.xx.1982-ci il təvəllüdlü Şəxs o və RPŞ-in Təhqiqat bölməsinin, təhqiqatçısı polis leyenantı Rəcəb Rəcəbov ilə birlikdə özlərini təqdim edərək, barəsində olan şikayətlə bağlı rayon polis şöbəsinə dəvət edən zaman o, rayon polis şöbəsinə getməyəcəyini bildirərək, müqavimət göstərib, əl-qol hərəkətləri etməyə başlayaraq, bizim onların (sakit ol sakitləş) qanuni tələblərimizə qəsdən tabe olmayaraq, polis şöbəsinə getməyəcəyini təkrarlayaraq tabesizlik göstərdiyi üçün həmin şəxsi Ağdaş RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər və həmin şəxs öz əməllərini Ağdaş RPŞ-in inzibati binasında da təkrarlamışdır. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs barəsində xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 329-cu və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 563.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan Ağdaş RPŞ-in sahə rəisi VMİE Rəhman Yolçuyevin məhkəməyə təqdim etdiyi CD diskdən görünür ki, şəxs həm arvadının, həm də poli əməkdaşlarının ünvanına nalayiq ifadələrdən istifadə etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında olan MN №2212721 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025 ci tarixli 03:50-də inzibati qaydada tutulmuş və şəxsin üstünə baxış keçirilmiş baxış zamanı heçnə aşkar edilməmiş və zahiri baxış zamanı bədən xəsarətləri aşkar edilməmişdir. bu səbəbdən həbs etmənin əvvəli 27 may 2025-ci il tarixdən saat 03:50-dən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 27 may 2025-ci il tarixdən saat 03:50-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar