Məhkəmə qərarları › İş №3(014)-271/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-271/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-271/2025 29.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə, İnzibati Xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1988-ci ildə Laçın rayonunun Bülüldüz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Şəki rayonu, Çələbixan qəsəbəsi, ev-57də yaşayan, Laçın rayonunun Bülüldüz kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-da Ağdaş RPŞ-nin inzibati binasının qarşısında ünvansız və polisin ünvanına söyüşlər söyərək xırda xuliqanlıq etmiş, polis şöbəsinə getmək istəmədiyini söyləyib, əl-qol hərəkətləri edərək, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-da Ağdaş RPŞ-nin inzibati binasının qarşısında ünvansız və polisin ünvanına söyüşlər söyərək xırda xuliqanlıq etmiş, polis şöbəsinə getmək istəmədiyini söyləyib, əl-qol hərəkətləri edərək, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Memar Əcəmi metrostansiyasının yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb, onu Ağdaş RPŞ-ə dəvət etmişlər o, ilk növbədə getmək istəməsə də sonradan onlarla razılaşmışdır. Həmin gün saat 15 radələrində polis şöbəsinə çatdıqda Ağdaş RPŞ-nin inzibati binasının qarşısında ünvansız və polisin ünvanına söyüşlər söyərək, əl-qol hərəkətləri edərək, polis şöbəsinə getmək istəməmişdir. Polis əməkdaşlarına qarşı işlətdiyi nalayiq ifadələrə görə peşmandır, bir daha belə hallara yol verməyəcək, ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir . Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin İB-nin polis serjantı Şahid məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs izahatının alınması ilə əlaqıdar polis şöbəsinə gətirilməsinə dair göstəriş aldıqdan sonra Şəxs Bakı şəhərində olduğu məlum olmuş və o, Firidun Qarayevlə Bakı şəhərinə ezam olunmuşdur. xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Şəxs Memar Əcəmi metrostansiyası yaxınlığda saxlamışlar. Saxlanılan zaman onu polis şöbəsinə dəvət etsələr də narazı olduğunu bildirmiş, lakin sonradan avtomobilə əyləşib onlarla gəlmişdir. Həmin gün saat 15 radələrində polis şöbəsinə çatdıqda sonuncu Ağdaş RPŞ-nin inzibati binasının qarşısında ünvansız və polisin ünvanına söyüşlər söyərək, əl-qol hərəkətləri edərək, polis şöbəsinə getmək istəməmişdir. Sonra növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin İB-nin kiçik polis serjantı X2 izahatında Şahid ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. İş materiallarında olan Ağdaş Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi polis baş leytenantı Süleyman Süleymanov tərəfindən Ağdaş Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vəfalı Həsənəliyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, icraatında olan HK-1/349 saylı material üzrə yaranmış zərurətlə əlaqədər olaraq Laçın rayonu, Bülüldüz kəndində qeydiyyatda olmaqla Şəki rayonu, Çələbixan qəsəbəsi, ev- 57də yaşayan xx.xx.1988-ci il təvəllüdlü Şəxs ilə bir sıra istintaq hərəkətlərinin aparılmasından ötrü təxirəsalınmadan onun Ağdaş RPŞ-nin İB-yə gətirilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ağdaş RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid Ağdaş RPŞ-nin rəisi polis polkovniki Vəfalı Həsənaliyevə ünvanladığı raportdan görünür ki, RPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı X2 ilə birlikdə İBnin müstəntiqi, polis baş leytenantı Süleyman Süleymanovun xx.xx.2025-ci il tarixli 3-13- 62/1-11756/25 nömrəli raportuna əsasən Bakı şəhərində olması müəyyən edilən Laçın rayonu Bülüldüz kəndidə qeydiyyatda olmaqla Şəki rayonu, Çələbixan qəsəbəsi ev 57-də yaşayan xx.xx.1988-ci il təvəllüdlü Şəxs gətrilməsi üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə getmişlər xx.xx.2025 ci il tarixdə saat 11:00-da Bakı şəhəri M.Əcəmi metrostansiyasının yaxınlığında Şəxs yerini müəyyən edib onu Ağdaş RPŞ-nə dəvət etmişlər və xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Şəxs RPŞ-yə gətirən zaman Ağdaş RPŞ-nin inzibati binasının qarşısında Şəxs qışqıraraq uca səslə ünvansız və polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs nizam-intizama dəvət etsələrdə, lakin onların qanuni tələblərinə qəsdən tabe olmayaraq əl-qol hərəkətləri ilə RPŞ-yə getmək istəmədiyini söyləib müqavimət göstərməyə başlamışdır. Bundan sonra Şəxs gətirərək RPŞ-nin Növbətçi Hissəsinə təhvil vermişlər. İş materiallarında olan arayışdan görünür ki, vətəndaş Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məssuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların olmadığını, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan MN №2212854 saylı xx.xx.2025-ci il tarixli saat 15:35-də inzibati qaydada tutulmuşdur. Bu səbəbdən həbs etmənin əvvəli 27 may 2025-ci il tarixdən saat 15:35-dən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 27 may 2025-ci il tarixdən saat 15:35-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar