Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-272/2020 27.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Zərərçəkmiş şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə Şəxs Kəmaləddin oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx xxxx 2020-ci il tarixdə vətəndaş Səfərov X3 rayonu, Tofiqi kəndində, Tofiqi kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı onu döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Faktla bağlı Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X4 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə vətəndaş Səfərov X3 rayonu, Tofiqi kəndində, Tofiqi kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı onu döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs Kəmaləddin oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, Ətrafın onun keçmiş qayınatası olduğunu, onun qızı Ofeliya ilə keçən il boşandığını, lakin aralarında mübahisələrin davam etdiyini, sonuncu dəfə mübahisələrinin xx.xx.2020-ci il tarixdə baş verdiyini, həmin gün səhər saatlarında çöl sahəsinə getdiyini, həmin vaxt Ətrafın onun yanından keçdiyini, yanından keçən zaman ona nalayiq ifadələr işlətdiyini, özü ona heçnə demədiyini, Ətrafında traktor sürücülərinin yanına getdiyini, sonra oradan qayıdıb onun yanına gəldiyini, yerdən daş götürüb onu vurmaq istədiyini, lakin orada olan yük maşınının sürücüsünün onları aralaşdırdığını, həmin vaxt Ətrafın yumruqla onun üz nahiyəsindən vurduğunu, bundan sonra Ətrafın getdiyini, özü də Az.Res.DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyini bildirmişdir. Həmçinin Şəxs izahatında Ətrafın onun üz nahiyəsindən bir dəfə yumruqla vurub xəsarət yetirdiyini, aralarında mübahisənin çöl yolunda baş verdiyini, təxminən 2-3 dəqiqə davam etdiyni, həmin vaxt orada özlərindən başqa yük maşınının sürücüsünün olduğunu, Ətrafı vurmadığını, ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmədən zərərçəkmiş şəxslə barışdığından inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında, Şəxs onun keçmiş kürəkəni olduğunu, 2019-cu ildə Elmanla onun qızı Ofeliyanın boşandığını, bundan sonra Şəxs dəfələrlə gəlib münaqişə yaratdığını, dava-dalaş saldığını, qızının və onun barəsində müxtəlif dövlət orqanlarına şikayətlər etdiyini, yaşadığı kənd ərazisində pay torpaq sahəsi olduğunu, Elmanın qızı ilə ailəli olan müddətdə həmin ərazidə xurma ağacları əkdiyini, ağacların arasına da yonca səpdiklərini, Elmanın boşandıqdan sonra həmin torpağa gğrə onu məhkəməyə verdiyini, məhkəmənin də ona 6000 manat pul kəsdiyini, yəni Elmana 6000 manat konpensasiya verməli olduğunu, bundan sonra xx.xx.2020-ci il tarixdə həmin torpaq sahəsindəki yoncanı biçdirmək üçün traktor çağırdığını, Elmanın da gəlib həmin traktorun qarşısında durduğunu və “həmin yoncanı mən əkmişəm” dediyini, Elmana “bu torpaq mənimdi, içindəki ağaclar da, yonca da mənimdir, çəkil traktorun qarşısından” dediyini, lakin Elmanın traktoru sahəyə buraxmayacağını dediyini və ona nalayiq ifadələr dediyini, ona görə aralarında mübahisə baş verdiyini, mübahisə vaxtə Elmanın onun üstünə gəldiyini və ona əl-qol atmağa başladığını, həmin vaxt orada ondan ot almalı olan Şəki rayonundan olan şəxsin onları aralaşdırdığını, Elmanın həmin şəxsə də nalayiq ifadələr işlətdiyini, bundan sonra kənd sakinlərinin də gəldiklərini, sonra polis əməkdaşlarının gəldiklərini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs izahatında Elmanı yumruqla vurmadığını və ona xəsarət yetirmədiyini, mübahisə və dava-dalaşın onun sahəsinin üstündə yolda baş verdiyini, təxminən 5-7 dəqiqə davam etdiyini, həmin vaxt orada özlərindən başqa Şəkidən olan alıcı, sonradan isə Elmanın dayısı və bir neçə həmkəndlisinin olduğunu, ona konkret olaraq keçmiş kürəkəni Elmanın əli ilə sinə nahiyəsinə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmədən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığından inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X1 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-272/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-272/2020
27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver