Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-272/2021 14.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1964-cü ildə Ağdaş rayonunun Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 14.07.2021-ci il tarixdə, saat 12:00 radələrində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 14.07.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, dörd ildir Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən “Soliton” mağazasında inzibatçı işləyir. 14.07.2021-ci il tarixdə saat 12:00 radələrində mağazada olduğu zaman işlədikləri servisin **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 1 (bir) ədəd 80 kq çəkidə olan soyuducu yükləmək qərarına gəlmişlər. Sürücü avtomobili mağazanın qarşısında olan piyadalar üçün nəzərdə tutulmuş səkidə saxlamışdır. Bu zaman adlarını sonradan bildiyi Ağdaş RPŞ-nin polis əməkdaşları olan Elnur Mehtiyev, Əjdər Namətov, Samir Zamanpur avtomobilin sürücüsünə yaxınlaşaraq, avtomobili səkidə saxladığına görə barəsində inzibati xəta haqqında protokol tərtib olunacağını demişlər. O da yükün ağır olduğu üçün avtomobili mağazanın qarşısında saxladıqlarını bildirərək, protokol tərtib etməmələrini xahiş etmişdir. Buna baxmayaraq, sürücü barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Daha sonra polis əməkdaşları onu Ağdaş rayon Polis şöbəsinə dəvət etmişlər və onun özünün barəsində də inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında bildirdi ki, 14.07.2021-ci il tarixdə, saat 12:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti ərazisində xidmətdə olan YPX-nin inspektorları Samir Zamanpur, Elnur Mehtiyev və Əjdər Namətov qayda pozuntusu törətdiyinə görə avtomobilə protokol yazmaq istəyərkən, mağazanın inzibatçısı Şəxs onların iş fəaliyyətinə maneə törətmişdir. Poliş əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin Dövlət yol polisi bölməsinin YPX inspektoru X4 izahatında bildirdi ki, 14.07.2021-ci il tarixdə, saat 12:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti ərazisində Samir Zamanpur və Əjdər Namətov ilə birlikdə xidmətdə olan zaman qayda pozuntusu törətdiyinə görə avtomobilə inzibati xəta haqqında protokol yazmaq istəyərkən, “Soliton” mağazasının inzibatçısı Şəxs onların iş fəaliyyətinə maneə törətmiş və qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahidlər X5 və X3 da digər şahid X2 izahatına uyğun izahatlar verdilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 14.07.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-272/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-272/2021
14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver