Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-272/2024 20.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs X2, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinərək ona 400 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ünvan 1ində qeydiyyatda olmaqla yaşayır. Ona məxsus 6 baş iribuynuzlu heyvanları (camışlar) var. O, iribuynuzlu heyvanlarını hər gün mütəmadi olaraq naxıra göndərir. xx.xx.2023-cü il tarixdə də heyvanları naxıra göndərmiş, həmin gün axşam heyvanlar evə qayıtmamışdır. Bir neçə gün axtardıqdan sonra məlum olmuşdur ki, camışlar meşəbəyinin tövləsindədir. Camışları həyətinə gətirməyə getsə də, ona camışları verməmişlər. Sonradan 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gələrək ondan izahat almışdır. İzahatda heyvanları naxıra göndərdiyini, meşə ərazisində otarmadığını bildirmişdir. Barəsində MN ******* nömrəli xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə ona poçtalyon tərəfindən zərf təqdim edildi. Zərfi açıb baxdıqda məlum oldu ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən heyvanların meşədə qanunsuz otarılıb payız əkininin zədələnməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında inzibati cərimə olunmağı barədə qərar tərtib edilmişdir. Bildirmək istəyir ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriya ******* nömrəli qərarı qanunsuzdur. Belə ki, o, heyvanları naxıra göndərmişdir. Bu günə kimi heç bir zaman heyvanları otarmaq üçün meşə ərazisinə aparmamışdır. Onun heyvanları meşə ərazisinə aparmağı və onları orada otarmağı barədə heç bir sübut və şahid yoxdur. Heyvanların naxırdan qaçaraq meşə ərazisinə girməsi, payız əkinini zədələməsi onun günahı, onun tərəfindən törədilmiş qanun pozuntusu deyil. Hər an, hər dəqiqə heyvanların arxası ilə gəzməli deyil. Naxıra göndərdikdən sonra heyvanlara naxırçı nəzarət edir. Naxırçının nəzarətindən yayınaraq meşə ərazisinə girib ziyan vuran heyvanlar onun məsuliyyətində deyil. Ona görə də 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriya ******* nömrəli qərarını qanunsuz hesab edir. Beləliklə, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olmaması səbəbindən 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriya ******* nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə iclasında X5 şikayətə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında xx.xx.2023-cü il tarixdə Zülfalı meşəbəyliyinin 1 saylı meşə dolayının 1-ci kvartalının ərazisində X4 məxsus 6 (altı) baş iri buynuzlu mal-qara olan camış heyvanları 5 hektar meşə ərazisində 2022-ci ilin payız əkinini yeyərək məhv etmişdir. Bundan sonra onun izahat almış və barəsində MN ******* nömrəli xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Daha sonra onun barəsində 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərar qəbul edilməklə, X5 Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinərək ona 400 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərar poçt vasitəsi ilə X4 göndərilmiş və Məhəmməd tərəfindən xx.xx.2023-cü il tarixdə poçt qəbzinə imza etməklə həmin qərarı almışdır. Daha sonra qərarın icrası üçün xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək poçt vasitəsi ilə X4 göndərilmiş və Məhəmməd tərəfindən xx.xx.2024-cü il tarixdə poçt qəbzinə imza etməklə qərar alınmışdır. Şikayət qanunla müəyyən edilmiş vaxtdan sonra verildiyindən, şikayətə baxılmamasını və təmsil etdiyi orqanın qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş qərardan aydın olur ki, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarla İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. İşin materiallarında olan məktubdan görünür ki, 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar 28 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 yaşadığı ünvan 1i ünvanına göndərilmiş, onun tərəfindən poçt qəbzinə imza etməklə qərar xx.xx.2023-cü il tarixdə alınmış, lakin buna baxmayaraq şikayətçinin ərizəsi məhkəməyə 20 iyun 2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarından şikayət üçün Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən, şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılsın. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-272/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-272/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver