Məhkəmə qərarları › İş №3(014)-272/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-272/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-272/2025 11.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, qərardan şikayət vermiş şəxs X3, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları X3 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 may 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Ağdaş Rayon Məhkəməsinin inzibati binaslnda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə barəsində 16 may 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Qürbət İsmayılov şikayəti onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 16 may 2025-ci il tarixdə ******* saylı qərar qəbul edilmiş və həmin qərara əsasən o, 2000 manat cərimə edilmişdir. O, Ağdaş rayonu, Mürsəl kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Yaşadığı ünvana gediş-gəliş üçün yalnız bir yol var. Həmin yolun bir tərəfi ilə onun evinə içməli su gəlir, digər tərəfi ilə özü və ailə üzvləri gediş-gəliş üçün istifadə edir. Həmin yoldan başqa alternativ yol yoxdur. Həmin yolun ərazisi, yəni torpaq sahəsi ona torpağa mülkiyyət hüququna dair akt əsasında verilmişdir. Həmin yolun üzərində arxın kənarında bir ədəd qoz ağacı var. Yaşadıqları ünvana gedib gələrkən həmin qoz ağacının ətrafından dolaşırlar. Qonşuluqda başqa torpaq sahəsi var. Tanımadığı bir nəfər şəxs həmin torpaq sahəsini sahibindən almışdır. Torpaq sahəsini aldıqdan sonra ona məxsus, yəni akt əsasında ona verilmiş torpaq sahəsini də zəbt etmişdir. Bütün torpaq sahələrini qoz ağacı və su arxına kimi zəbt edərək onun gediş-gəliş yolunu da bağlamışdır. O da bu barədə bələdiyyəyə müraciət etmiş, lakin mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. O, məhkəməyə müraciət etməyərək, torpağa mülkiyyət hüququna dair akt əsasında ona verilmiş torpaq sahəsindəki qoz ağacını kəsmişdir. Bundan sonra o, və ailə üzvləri həmin yerdən yaşadıqları ünvana gediş-gəliş üçün yol əldə etmişlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən əsassız qərar qəbul edilmiş, qərar qəbul edilərkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun iştirakı təmin edilməmiş və qanunla qorunan hüquqları pozulmuşdur. İnzibati xəta haqqında qərar qəbul edilərkən iştirakı təmin edilməmiş, ona bu barədə bildiriş göndərilməmişdir. 16 may 2025-ci il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan 6 gün sonra, yəni 22 may 2025-ci il tarixdə ona bildiriş təqdim edilmişdir. Bununla da onun qanunla müəyyən edilmiş hüquqları pozulmuşdur. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, barəsində olan qərar heç bir qanuni əsas olmadan tərtib edilmişdir. Belə ki, 2002-ci il tarixdə torpaqlar bölünərkən hər bir vətəndaşa su yolu ayrılmışdır. Qonşuluqda yerləşən torpaq sahəsini əmisi oğlu satmış və həmin torpaq sahəsini alan qonşu onun gediş-gəlişi üçün maneə törətmişdir. Gediş-gəliş üçün çox az məsafə qalmışdır. Kəsilən ağac həmin su arxının üzərində yerləşir və onun evinə gedib-gəlməsi üçün maneəçilik törədirdi. Həmin ağacın yerləşdiyi torpaq sahəsi ona akt əsasında verilmiş və mülkiyyətindədir. O, qonşu tərəfindən torpaq sahəsinin zəbt edilməsinə dair bələdiyyəyə müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ağacın kəsilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verməli və ya icazə almalı olduğunu bilməmişdir. Bundan başqa onun barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamışdır. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib edilmiş 16 may 2025-ci il tarixli qərar əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin dəlillərini əsassız hesab edərək, verdiyi izahatında bildirdi ki, sözügedən ağacın Qürbət İsmayılov tərəfindən kəsilməsi barədə Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılmış və araşdırma əsasında ağacın yerləşdiyi torpaq sahəsinin bələdiyyənin balansında olması müəyyən olunmuşdur. Buna dair protokol tərtib edilmiş və Qürbət İsmayılov həmin protokolla tanış olmuş və imzası ilə təsdiq etmişdir. Qürbət İsmayılov barəsində inzibati xəta haqqında qərar qəbul ediləcəyinə dair bildiriş göndərilmişdir. Qürbət İsmayılov ağacın onun tərəfindən kəsilməsini etiraf edir. Odur ki, onun barəsində tərtib edilməş qərar qanuni və əsaslıdır. Qeyd olunanların nəzərə alınıb şikayətin təmin ediləməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X3 253.2ci maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 ünvanlanmış 08 may 2025-ci il tarixli, G- BM/4725-138 saylı məktubdan görünür ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə tərtib olunmuş inzibati materialların baxılması 16 may 2025-ci il tarixə saat 11:30-a təyin edilmiş, göstərilən vaxtda inzibati işin baxılmasında iştirak etməsi xahiş olunmuşdur. Poç göndərişlərinin izlənməsinə dair məlumat vərəqindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 ünvanlanmış məktub 12 may 2025-ci il tarixdə poçta verilmiş, 22 may 2025-ci il tarixdə alıcıya, yəni X2 çatdırılmışdır. 2 ədəd fotoşəkildən görünür ki, ensiz yolun sol tərəfində arx, sağ tərəfində isə ağacdan hazırlanmış hasar var və həmin arxın kənarında olan bir ədəd ağaç gövdə hissəsindən kəsilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 60.1-ci madəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Hazırki işin materiallarından müəyyən olunur ki, X3 tərəfindən ağacın kəsilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılan inzibati xəta haqqında işə 16 may 2025-ci il tarixdə saat 11:30-da həmin idarənin rəisi X7 tərəfindən baxılsa da, Qürbət İsmayılova baxılmanın yeri və vaxtı barədə məlumat 26 may 2025-ci il tarixdə saat 11:08-də verilmiş, onun barəsində müvafiq araşdırma aparılarkən və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanarkən X1 İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri, o cümlədən sübutlar təqdim etmək, vəsatətlər və etirazlar vermək hüquqları izah edilməmiş, özünə qarşı izahat verməmək hüququ barədə Azərbaycan Respublikası Konstitusiyasının 63 və 66-cı maddələrinin, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinin tələbləri izah edilməmiş, həmin şəxsin müdafiə hüquqları pozulmuşdur. Bundan başqa Qüdrət İsmayılov öz seçdiyi müdafiəçi və ya dövlət hesabına təyin edilmiş müdafiəçi vasitəsilə hüquqi yardım almaq hüququ təmin edilməmişdir. Bununla da X3 onun barəsində inzibati xəta haqqında icraat başlamış orqan (vəzifəli şəxs) və işə baxılmasını həyata keçirən orqan (vəzifəli şəxs) qarşısında əlverişsiz vəziyyətə salınmışdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1 və 135.1.6-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edirəm ki, şikayət qismən təmin edilməli, X3 barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 may 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X1 iştirakı ilə iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 may 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X1 iştirakı ilə iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar