Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-273/2020 27.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: ŞəxsAğdaş Rayon Məhkəməsinin 2(014)-67/2016 saylı xx xxxxxx 2016-cı il tarixli icra sənədinin icrası ilə bağlı Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru T.Kərimovun qanuni tələbini yerinə yetirməmiş, X2 558 (beş yüz əlli səkkiz) manat borcunu ödəməmişdir. Buna görə onun barəsində xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və əməlindən peşman olduğunu, bu vaxta qədər işləmədiyi, heç bir gəlir mənbəyi olmadığı üçün X2 olan borcunu ödəyə bilmədiyini, üç gündür ki, Bakı şəhərində Çörək zavodunda işə qəbul olunduğunu, hazırda borcundan 20 manat ödəniş etdiyini, qalan borcunun da hissə-hissə ödənilməsinə dair məhkəməyə ərizə verdiyini, bundan sonra hər ay ödəniş edəcəyini bildirdi və əgər əməkhaqqısı yaxşı olarsa az müddətdə borcunu ödəyib qurtaracağını öhdəsinə götürdü. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsi tərəfindən 2(014)-67/2016 saylı xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinin xx xxxx 2016-cı il tarixdə icraatına daxil olduğunu, icra sənədinin icrası ilə bağlı borclu barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dəfələrlə İcra və Probasiya şöbəsinə çağırıldığını, ondan borcunu ödəməsinin tələb olunduğunu və borcunu ödəməsi barədə ona xəbərdarlıq edildiyini, lakin Şəxs onun qanuni tələbini yerinə yetirmədiyini, X2 olan borcunu ödəmədiyi üçün tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini, məhkəməyə gətiriləndən sonra Şəxs tələb olunan borcdan 20 manat ödəniş etdiyini, qalan borcunun da hissə-hissə ödənilməsinə dair məhkəməyə ərizə verdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru T.Kərimovu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, Şəxs tələb olunan borcun hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərədə tutulmuş qaydad sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tuutlan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə təqdim edilmiş sübutları araşdırıb hesab edirəm ki, icra məmuru ünvan 1 ünvanında yaşayan Şəxs xx xxxxxx 2014-cü il tarixli borc müqaviləsi üzrə 408 manat əsas və 150 manat hesablanmış faiz üzrə borcu, cəmi 558 (beş yüz əlli səkkiz) manat borcun X1xeyrinə tutulması barədə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli icra sənədi üzrə tələbin ödənilməsi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edərək lazımi hərəkətləri etmiş, lakin borclu Şəxs maddi vəziyyəti imkan vermədiyi, yəni adına tələbin yönəldilə bilinəcəyi hər hansı bir əmlakı aşkar edilmədiyi, işləmədiyi, hər hansı bir gəlir yeri, qazanc mənbəyi olmadığı üçün icra sənədinin icra edilməsi mümkün olmamış, yəni tələb olunan borcdan hazırda cəmi 20 manat ödənilmiş, 538 (beş yüz otuz səkkiz) manat borc ödənilməmişdir, Şəxs bundan sonra tələbkara hər ay 20 manat ödəyəcəyinə söz vermişdir. Borclu barəsində inzibati xəta haqqında protokol o vaxt tərtib edilə bilər ki, o, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-273/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-273/2020
27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver