Məhkəmə qərarları › İş №3(014)-273/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-273/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-273/2021 16.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1947-ci ildə Ağdaş rayonunun Kükəl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 10.04.2021-ci il tarixdə saat 22:00 radələrində ünvan 1ində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı Haxverdi Əliyevin 26 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 07.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Fatmaxanımla eyni evdə, ancaq ayrı-ayrı otaqlarda yaşayırlar. 3 ildir kı, arvadı Zərərçəkmiş şəxs ilə danışmırlar. Aralarında münaqişə yaranmış, 10.04.2021-ci il tarixdə təxminən saat 20:00 radələrində yaşadığı evdə olan zaman arvadı Zərərçəkmiş şəxs öz otağında otağın işığını yanılı qoyaraq evin eyvanında oturduğunu görmüşdür. Fatmaxanıma yaxınlaşaraq nə üçün evin eyvanında oturduğu halda öz otağının işığını yanılı qoymasını soruşmuş, istifadə etmədən işıq pulu yazmasını irad bildirmişdir. Bu zaman Fatmaxanımın ona "axşam vaxtı olanda işıqlar yanmalıdır” demişdir. Yenə də arvadı Fatmaxanıma təkrarən "sən otaqda olanda yandır, olmayanda boş-boşuna nə səbəbdən işıqları yandırırsan” demiş, onun iradına baxmayaraq Fatmaxanım yenə də otağın işığını söndürməmişdir. Həmin vaxt aralarında sözlə mübahisələri yaranmışdır. Bu zaman əsəbləşərək Zərərçəkmiş şəxs ünvanına söyüşlər söyüb onun tərəfə gedən zaman Fatmaxanım öz qaldığı otağa keçmişdir. Bu zaman onun otağına keçərək stolun ətrafında dairə vurduqdan sonra əlləri ilə arvadı Fatmaxanımın qollarından tutaraq işığı əlləri ilə çıxanda söndürməsi üçün yaxınlaşdırmaq istəmiş, arvadı Fatmaxanım da əllərini ondan buraxması üçün özünü ondan dartınmışdır. Daha sonra Fatmaxanım otağından çölə çıxaraq həyətə düşüb öz işləri ilə məşğul olmuşdur. Onunla arvadı Zərərçəkmiş şəxs arasında olan mübahisə zamanı yanlarında heç kim olmamış, səslərinə heç kim gəlməmişdir. Aralarında olan mübahisə təxminən 3-4 dəqiqə davam etmiş, onunla arvadı Zərərçəkmiş şəxs arasında olan mübahisə zamanı arvadı Fatmaxanım onun heç bir yerindən vuraraq döyməmişdir. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun əridir. Qismətlə eyni evdə ancaq ayrı-ayrı otaqlarda yaşayırlar. 3 ildir ki əri Şəxs onunla danışmır. Münaqişələr yaradır. 10.04.2021-ci il tarixdə təxminən saat 22:00 radələrində əri Şəxs onun yaşadığı otağa gələrək otağın işığını söndürərək ona "sənə deməmişəm ki otağın işığını boş-boşuna yandırma" demişdir. Əri Şəxs "gündüz vaxtı yandırmıram, axşam olduğu üçün yandırmışam” demişdir. Qismət buna baxmayaraq ona yenə də otağın işığını yandırmamasını bildirən zaman əri Qismətə "səninlə mənim yaşayışım ayrıdır, çıx mənim qaldığım otaqdan” demişdir. Həmin vaxt əri Qismət onun ünvanına söyüşlər söyərək yaşadığı evin otağında şillə ilə bir dəfə onun sol qulaq nahiyəsindən vuraraq daha sonra əllərindən tutub otaqdan çölə çəkərək otaqdan çıxartmağa çalışmışdır. Həmin vaxt əri Qismət əlləri ilə onun hər iki qol nahiyələrinə xəsarətlər yetirmişdir. Əri Qismət onu döydükdən sonra qaldığı otaqdan çıxıb getmişdir. Qismət onun başqa heç bir yerindən vuraraq döyməmişdir. Onunla əri Qismət arasında olan dava-dalaş zamanı yanlarında heç kim olmamış, səslərinə heç kim gəlməmişdir. Aralarında olan dava-dalaş təxminən 3-4 dəqiqə davam etmişdir. Onunla əri Şəxs arasında olan dava-dalaş zamanı əri Şəxs heç bir yerindən vuraraq döymədiyini bildirmişdir Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında bildirdi ki, 11.04.2021-ci il tarixdə Ağdaş rayon Kükəl kənd sakini Zərərçəkmiş şəxs Məhəmməd qızı Azərbaycan Respublikası DİN-in 102 xıdməti-zəng mərkəzi sisteminə zəng edərək əri Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmçinin, Zərərçəkmiş şəxs həmin tarixdə ərizə ilə Ağdaş RPŞ-yə müraciət edərək 10.04.2021- ci il tarixdə saat 22:00 radələrində yaşadıqları ünvanda həyat yoldaşı Şəxs Məmmədəli oğlunun onu döyərək ona sağlamlığına zərər vurmayan xəsarət yetirdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 07.05.2021-ci il tarixli, MN № 10044895 saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İşin materiallarında olan Azərbaycan Respublikası Sahiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 13.04.2021-ci il tarixli, № 216 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Məmmədəli qızının bədənində olan xəsarətlər - sol qulaq seyvanının, sağ saidin orta 1/3-nin arxa səthinin, sol saidin oıta 1/3-nin arxa səthinin qançırları, küt alət təsirindən törənmə müddətləri 10.04.202i-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilməmışdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 1(014)- 44/2021 saylı hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 1(014)- 80/2021 saylı hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin 30 mart 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsiniin 128-ci maddəsi ilə təyin edilmiş altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş beş ay on gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 -ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək qəti cəza, bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmışdır. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 27 aprel 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 07 may 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 27 aprel 2021-ci il tarixdən 07 may 2021-ci il tarixədək dayandırılmışdır. Ağdaş Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 3(014)-211/2021 saylı qərardadı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X6 tərəfindən tərtib edilmiş MN ******* №-li, 07 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis şöbəsinə geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar