Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-275/2024 05.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1979-cu ildə Ağdaş rayonu Aral Bir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hazırda heç yerdə işləməyən, Ağdaş şəhəri H.Əliyev prospekti-86/4-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(014)- 427/2022 saylı icra vərəqəsinə əsasən Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, Zərərçəkmiş şəxs 3510 manat aliment borcunu qərəzli olaraq ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(014)-427/2022 saylı icra sənədinə əsasən borclu Şəxs 27 yanvar 2022-ci il tarixdən başalayaraq 09 may 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd edilən icra vərəqəsi ilə əlqədar tərəfindən 19 aprel 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs bildiriş göndərilmişdir. Həmin bildirişə əsasən Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməmiş və hec bir vaxt ödəniş etmiyib və ödəniş etməkdən boyun qacırıb. O bu gün ki günə kimi onu tapa bilmiyib. Lakin Şəxs Ağdaş Rayon İcra və Probasiya şöbəsinə axtarışla gətirilmişdir. Hec bir vaxt ödəniş etməyib, qətnamə cıxandan sonra, o onu tapa bilməyib, o, 3 il ərzində 1-ci dəfə görür Vaqifi, Vaqif icra sənədi üzrə olan alimenti bu gün ödəyə bilməyəcəyini demişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Bundan sonra məhkəmə iclasında sualları cavablandıran Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, Şəxs yaranmış aliment borcunu ödəməsi tələb olunsa da o, tələbkarla danışıb razılığa gələcəyini və tələbkarla danışmayana qədər borcu ödəməyəcəyini bildirmişdir. Şəxs çağırışdan yayınmış, çağırışa gəlməmiş, sadəcə borcu bugün ödəmədiyi üçün onun barəsində protokol tərtib etmişdir. Şəxs adına hər hansı əmlakın olması müəyyən edilməmişdir. Tələbkar Zərərçəkmiş şəxs aliment borcunun ödənilməsini tələb edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir, lakin o, məhkəməyə gələ bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Ağdaş Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(014)-427/2022 saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs hər ay X9 üçün 130 (yüz otuz) manat aliment ödəməlidir, lakin həmin məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Hazırda onun 3510 (üç min beş yüz on) manat aliment borcunu ödəməyə maddi imkanı yoxdur və tələbkar da həmin borcu ödəməsini istəyir. O, Respublika Psixiatriya Xəstəxanasında müalicə almışdır. Onun bu borcun yığılmasından bugün məlumatı olmuş və bugün də izahatı alınmışdır. Polis əməkdaşları onun evinə gələrək onu dəvət etmişlər o, da gəlmişdir. O, mobil telefon işlətmədiyindən heç kim ona zəng vurmamışdır. Odur ki, qeyd etdiklərini nəzərə alıb barəsində icraata xitam verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs icra məmuru tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 17 mart 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 27 yanvar 2022-ci il tarixdən başalayaraq 09 may 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmasına üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan 19 aprel 2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, həmin tarixdə Şəxs barəsində icra sənədinin icraatına başlanılmışdır. İş materiallarında olan 19 aprel 2022-ci il tarixli bildirişdən görünür ki, həmin tarixdə Şəxs borcu ödəməsi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan 30 may 2024-cü il tarixli “Borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, həmin tarixdə Şəxs barəsində axtarı elan olunmuşdur. İş materiallarında olan izahatdan görünür ki, həmin izahat Şəxs 05 iyun 2024-cü il tarixdə alınmışdır. İş materiallarında olan Respublika Psixiatriya Xəstəxanası X8 14 may 2022-ci il tarixli 4134 saylı məktubundan görünür ki, Şəxs 03 noyabr 2021-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanaya stasionar müalicəyə qəbul olunmuş, hal-hazırda müalicəsi davam etdirilir. İş materiallarında olan X1 Sistemindən icra məmurunun sorğularına alınmış cavablardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs adına hər hansı əmlakın olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs icra məmurunun icra qeydinin icrası barədə tələblərini pozması müəyyən olunmadı. Onun Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi, icra qeydinin icrası ilə bağlı pozuntular məhkəmə iclasında təsdiq olunmadı. Belə ki, iş materiallarından görünür ki, icra sənədi Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatına 19 aprel 2024-cü il tarixdə daxil olmuş və həmin tarixdə borcluya bildiriş göndərilmiş, lakin borclunun bildirişi alıbalmamasına dair işə heç bir sənəd əlavə olunmamışdır. Eyni zamanda, iş materiallarından görünür ki, Şəxs 03 noyabr 2021-ci il tarixdə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicəyə qəbul olunmuş, lakin onun hansı tarixədək müalicədə olmasını təsdiq edən məlumat iş materiallarına əlavə olunmamışdır. Bununla da onun icra sənədini üzrsüz səbəbdən icra etməməsi təsdiq olunmur. Şəxs izahatında 17 mart 2022-ci il tarixli icra vərəqəsi ilə bağlı bildirişdən inzibati xəta haqqında protokolun tərtib olunduğu gün, yəni 05 iyun 2024-cü il tarixdə məlumatı olduğunu bildirmiş və bu hal da iş materialları ilə təkzib olunmur. Şəxs özü də bildirdi ki, o, borcu ödəməkdən yayınmır, sadəcə yaranmış borcu ödəməyə maddi imkanı yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115, 66.3-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-275/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-275/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver