Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-277/2020 24.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X6 X2 nümayəndəsi Rəhimov Rövşən Elşən oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, Azərbaycan Respublikası Dövlət X6 X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X6 X1 daxil olmuş xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Dövlət X6 X4 tərəfindən xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxx 2020-ci il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən “Super İnşaat” sahibkarlıq obyektinin girişində ayrıca dayaqlı qurğuda və fasadında iki tərəfli 0.90x2.00 cəmi 3.60 kv.m və 0.80x6.00=4.80 kv.m, 1.00x2.00= 2.00 kv.m ölçülərdə icazə olmadan (texniki şərtlər pasportu, müqavilə) açıq məkanda reklam yayımı daşıyıcılarının yerləşdirməsi və yayımı faktı aşkar edilmişdir. Müvafiq reklam yayımı daşıyıcısı olan obyektlərin fotoşəkilləri tərtib edilmiş protokola əlavə edilmişdir. Bununla da obyektin sahibi hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********) fərdi sahibkar Şəxs barəsində Azərbaycan RespublikasıİXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bərdə X4 nümayəndəsi Rəhimov Rövşən Elşən oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinin sanksiyası çərçivəsində Yusubov Yasin Əlövsət oğlunun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək izahatında göstərdi ki, ona edilən şifahi xəbardarlıqdan sonra obyektin fasadında və girişində quraşdırılan reklam daşıyıcları onun tərəfindən sökülmüş, reklam yayımının həyata keçirilməsi dayandırılmışdır. Agentliyin nümayəndləri tərəfindən ona hər hansı yazılı göstəriş, xəbərdarlıq təqdim edilməmiş,yalnız xx xxxx 2020-ci il tarixli Rİ-8-01/04 saylı xəbərdarlıq məktubu göndərilmiş, həmin məktubda Ağdaş rayonu, Aşağı Ləki kəndində yerləşən “1001 xırdavat” adlı obyektin sahibi kimi qeyd edilsə də, onun həmin adda obyekti olmamışdır. Odur ki, Şəxs göstərilən hallar nəzərə alınmaqla onun barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işüzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan RespublikasıİXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə olan xx xxxx 2020-ci il tarixli Aktdan görünür ki, xx xxxx 2020-ci il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən “Super İnşaat” sahibkarlıq obyektinin girişində və fasadında müvafiq icazə olmadan (texniki şərtlər pasportu, müqavilə) açıq məkanda reklam yayımı daşıyıcılarının yerləşdirməsi və yayımı faktı aşkar edilmişdir. Akt reklam yayıcısı Şəxs iştirakı olmadan tərtib edilmişdir. Aktın doğruluğunu Azərbaycan Respublikası Dövlət X6 X2 əməkdaşları B.A.Əhmədov və E.E.Şükürov təsdiq etmişlər. İşdə olan xx xxxx 2020-ci il tarixli, Rİ-8-01/04 nömrəli 0304 saylı xəbərdarlıqdan görünür ki, Şəxs qeyd olunan qanun pozuntuları 05 (beş) gün ərzində aradan qaldırmadığı təqdirdə İXM-nin 428.7.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi ilə bağlı xəbərdar edilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli MN ******* saylıinzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən “Super İnşaat” sahibkarlıq obyektinin girişində və fasadında açıq məkanda icazəsiz reklam yerləşdirmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydalarına əsasən : 2.1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra - icazə) alınmasıüçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; 2.16. Reklama dair texniki şərtlər pasportunun etibarlılıq müddəti və icazə müqaviləsinin qüvvədə olma müddəti icazənin müddətindən artıq olmamalıdır. İcazənin və reklama dair texniki şərtlər pasportunun forması, həmçinin icazə müqaviləsinin forması və bağlanılma qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir; 2.17. İcazə müqaviləsi bağlanılmadıqda, verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcıları müvafiq qurumla 2018-ci il yanvarın 1-dək icazə müqaviləsi bağlamalıdırlar. Müvafiq qurum 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcılarına icazə müqaviləsinin bağlanılması zərurəti barədə bildiriş göndərir; 3.1. Müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.6. Açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; 3.7. Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İXM-nə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödənilmədən reklam yayımı hallarını müəyyən etdikdə, reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və həmin Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməli (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); Qaydanın 3.5.1 -ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılmasıüçün zəruri tədbirlər görməlidir. Qaydanın 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verməlidir. "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. “Reklam haqqında” Qanunun qeyd olunan normasının tələbindən göründüyü kimi reklam subyekti tərəfindən həmin qanunun tələblərinə riayət edilməməsi reklam fəaliyyətinə nəzarət edən orqan tərəfindən müəyyən edildikdən sonra həmin Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək üçün reklam fəaliyyətinə nəzarət edən orqan reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılmasıüçün zəruri tədbirlər görür. Göründüyü kimi, Azərbaycan RespublikasıİXM-nin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmək üçün qanunverici ilk öncə pozuntu halların ətraflı təsvir edilməsi ilə aktın tərtib edilməsini, onu və müvafiq hərəkətlərin yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməyi məcburi hesab etmiş, yalnız göstərilən müddət daxilində qeyd edilən məsələlər öz həllini tapmadığı təqdirdə şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Bərdə X4 sahibkar Şəxs xx xxxx 2020-ci il il tarixdə 0304 saylı«Yazılı göstəriş»ünvanlamışdır. Qeyd edilən göstərişdən müəyyən olunur ki, fəaliyyət göstərdiyiniz Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən “İnşaat mağazası” adlı obyektin yerləşdiyi ərazidə açıq məkanda icazəsiz reklam daşıyıcıları yerləşdirilmişdir. Əməkdaşlarımız tərəfindən icazə alınması üçün şifahi xəbərdalıq edilməsinə baxmayaraq bu günədək Bərdə X1 icazə alınmamış, tərəfinizdən “Dövlət rüsumu haqqında” AR qanunun 33.1 və 33-2.2-ci maddələrinə uyğun olaraq dövlət rüsumu və yayım haqqıödənilməmişdir. Yazılı göstərişin təqdim olunduğu tarixdən etibarən 5 təqvim günü ərzində Bərdə X4nə rəsmi müraciət etməyiniz və ya açıq məkanda yerləşdirdiyiniz reklamların sökülüb götürülməsini təmin etmək tələb edilmişdir. Tələb yerinə yetirilmədiyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunacağı və inzibati məsuliyyət barədə qeyd edilmişdir. Lakin həmin «Yazılı göstəriş»in barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs rəsmi qaydada təqdim edilməsinə və göndərilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın səlahiyyətli nümayəndəsinə hazırkı işlə bağlı bütün sübutların və sənədlərin təqdim edilməsini təklif etmiş, orqan inzibati xəta haqqında işüzrə bütün sənəd və materialların məhkəməyə təqdim edildiyini, əlavə sənəd və materialların olmadığını bildirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmişşəxsin nümayəndəsi məhkəməyə yalnız yazılı göstərişinin göndərilməsini təsdiq edən sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətini təqdim etmişdir. Həmin xəbərnamədən də görünür ki, sifarişli poçtla göndərilən məktub xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir Məhkəmə qeyd edir ki, «Yazılı göstəriş»in tarixli xx.xx.2020-ci ildir. Bərdə X4 qeyd edilən yazılı göstərişin sahibkar Şəxs təqdim olunmasını və ya ona poçt vasitəsi ilə göndərilməsini və onun tərəfindən yazılı göstərişin alınmasına dair hər hansı sübutu materiala əlavə etməmişdir. Hazırki məhkəmə baxışı zamanı da məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, X3 səlahiyyətli nümayəndəsi bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən yuxarıda sadalan qaydalardan göründüyü kimi X3 səlahiyyətli nümayəndəsi pozuntunun aşkar edildiyi tarixə akt tərtib edib, yazılı göstərişlər verməli olduğu halda, inizbati xəta haqqında protokolun tərtib edildiyi tarixə akt tərtib etmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinəəsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinəəsasən barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinəəsasən inzibati məsuliyyətə cəlb olunmuşşəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-ci maddəsinəəsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsindəşübhələr onun xeyrinə həll edilir. 12.1.-ci maddəsinəəsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən mötəbər sübut (yazılı göstərişin təqdim edilməsinə dair) məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan RespublikasıİXM-in 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iləəlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan RespublikasıİXM-nin 53.0.2-ci maddəsinəəsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-277/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-277/2020
24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver