Məhkəmə qərarları › İş №3(014)-277/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-277/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-277/2023 05.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Ağdaş rayonunun Gürcuva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Ağdaş rayonunun Gürcuva kəndində Zərərçəkmiş şəxs məxsus evindən 3 (üç) ədəd reşotkanı, 2 (ədəd) böyük ölçülü, 1 (bir) ədəd kiçik ölçülü dəmir su qabını, 6 (altı ədəd) kiçik ölçülü qazanını oğurlayıb sonuncuya maddi ziyan vurmuşdur. Ağdaş rayon Polis şöbəsinin təhqiqatçısı X1 10 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsini etiraf edərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Ağdaş rayonunun Gürcuva kəndində olmuşdur. Həmin zaman bir evdə yaşayış olmadığını görmüş və həmin evin həyətinə sonrada evin içərisinə daxil olmuşdur. Evdən və həyətindəki tövlədən 3 (üç) ədəd reşotkanı, 2 (ədəd) böyük ölçülü, 1 (bir) ədəd kiçik ölçülü dəmir su qabını, 6 (altı) ədəd kiçik ölçülü qazanı götürmüşdür. Həmin əşyaları Yevlax şəhərində 50 manata satmışdır. Daha sonra həmin pula ehtiyacı olan şeyləri almışdır. Gələcəkdə bir də belə hərəkətə yol verməyəcəkdir. Hazırda əməlindən peşmandır və Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, təxminən 10 il bundan əvvəl Ağdaş rayonu Gürcuva kəndində 0,10 ha olan torpaq sahəsi almışdır. Şəkər xəstəsi olduğuna görə həmin torpaq sahəsində yay aylarında qalmaq üçün iki otaqdan ibarət olan, bir mərtəbəli kiçik ev tikdirmişdir. Yay aylarında həmin evdə qalan zaman istifadə etmək üçün həmin evə 2 ədəd böyük (10 litrlik), 1 ədəd kiçik ölçülü dəmir su qabı və 06 kiçik ölçülü qazan aparmışdır. Torpaq sahəsində evdən başqa bir mərtəbəli tövlə yerləşir, tövlənin içərisində pəncərələrə quraşdırmaq üçün 3 ədəd dəmir reşotka olmuşdur. Həmin evə əşyalar oğurlanmadan əvvəl fevral ayının 22-si getmiş, evdəki əşyalar hamısı yerində olmuşdur. Bundan sonra sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində oraya getmiş, bu zaman evin yerləşdiyi həyətin qapısının qıfılının açıq olduğunu görmüşdür. Həyətə daxil olduqdan sonra evin qapısının da açıq olduğunu görmüş, evə daxil olan zaman evdəki əşyaların 2 ədəd böyük ölçülü, 1 ədəd kiçik ölçülü dəmir su qabının və 6 ədəd kiçik ölçülü qazanın yerində olmadığını görmüşdür. Bundan sonra həyətdəki tövləyə gedib baxmış, tövlənin də qapısının qıfılı qırılmış olduğunu, tövlədə olan 3 ədəd dəmir reşotkanın yerində olmadığını görmüşdür. Bundan sonra Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan bilmişdir ki, ona məxsus əşyaları Şəxs oğurlamışdır. Hazırda Şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Ağdaş rayonunun Gürcuva kəndində Zərərçəkmiş şəxs məxsus evindən 3 (üç) ədəd reşotkanı, 2 (ədəd) böyük ölçülü, 1 (bir) ədəd kiçik ölçülü dəmir su qabını, 6 (altı) ədəd kiçik ölçülü qazanını oğurlayıb sonuncuya maddi ziyan vurmuşdur. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə ictimai işlər və ya inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərər tamamilə ödənilmişdir və zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödədiyindən, inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar