Məhkəmə qərarları › İş №3(014)-277/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-277/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-277/2025 10.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1986-cı ildə Ağdaş rayonunun Hapıtlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonunun Hapıtlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yusibov X4 Rayon Məhkəməsinin 2(001)-6690/2018 saylı xx.xx.2018-ci il tarixli və 2(001)- 3394/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə yaranmış 3655 manat aliment borcunu ödəməyərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borclu Şəxs borcunu ödəməsi ilə bağlı xəbərdarlıqlar edilmiş, lakin borclu borcunu ödəməkdən hər dəfə boyun qaçırmış və nəticədə 3655 manat aliment borcu yaranmışdır. Şəxs barəsində axtarış verilmiş Ağdaş rayon Polis şöbəsi tərəfindən tapılaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Əvvəl Şəxs barəsində inzibati protokol tərtib olunmuş və o, inzibati qaydada həbs olunmuşdur. Bundan başqa onun barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət işi başlanılmış, lakin zərərçəkmiş şəxslə barışdığı üçün barəsində olan icraata xitam verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, işləmədiyi üçün və imkanı olmadığı üçün yaranmış aliment borcunu ödəyə bilməmiş, hazırda da həmin borcu ödəyə bilmir. Hər ay 50 manat ödəniş edə bilər. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-6690/2018-ci il saylı 10 sentyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən, tərəflərin faktiki nikah münasibətlərindən olan uşağın saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği artıralaraq cavabdeh Şəxs 04 iyun 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməldir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, 30 iyun 2019-cu il tarixdə həmin icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 30 iyun 2019-cu il tarixli № 5/112321 saylı bildirişin surətindən görünür ki, Şəxs borcun ödənilməsi üçün bildiriş 30 iyun 2019-cu il tarixdə göndərilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 26 avqust 2020-ci il tarixli № 5/112321 saylı xəbərdarlıqdan görünür ki, Şəxs borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(014)- 35/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası CM-in 306.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 15 sentyabr 2020ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli 3(014)- 169/2021 saylı qərarının sürətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs olunmuşdur. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-3394/2024 saylı icra vərəqəsinin sürətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6690/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan 154 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilmiş cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx.xx.2024-cü tarixli qərardan görünür ki, 08 oktyabr 2024-cü il tarixdə həmin icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 08 oktyabr 2024cü il tarixli № e273625/2024-71-5-003 saylı bildirişin surətindən görünür ki, Şəxs bildiriş 08 oktyabr 2024-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 27 noyabr 2024cü il tarixli № e273625/2024-71-5-001 saylı xəbərdarlıqdan görünür ki, Şəxs borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, yalnız polis əməkdaşları tərəfindən axtarış nəticəsində gətirildiyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbs etmənin əvvəli 10 iyun 2025-ci il tarixdən saat 17:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 10 iyun 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar