Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-278/2025 10.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi ilə, İnzibati Xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis X2 Bölməsinin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 28 avqust 1977-ci ildə Ağdaş rayonunun Şordəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağdaş rayonunun Şordəhnə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025 il tarixdə saat 11.55-də Ağdaş şəhəri Heydər Əliyev prospektində uca səslə qışqıraraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Ağdaş Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2025 il tarixdə saat 11.55-də Ağdaş şəhəri Heydər Əliyev prospektində uca səslə qışqıraraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 09 iyun 2025-ci ildə şəhərə gəlib, kafedə yemək yemiş, bayıra çıxdıqda başqa şəxsə məxsus mobil telefonu səhvən özününki bilib götürmüşdür. Həmin gün səhər sattlarında spirtli içki qəbul etmişdir. Bir qədər getdikdən sonra götürdüyü telefona zəng gəlmiş və o, telefonu açdıqda telefonun ona məxsus olmadığını başa düşüb, telefonu sahibinə qaytarmış, lakin telefonun sahibi ona artıq 102 xidmətinə məlumat verdiyini demişdir. Bundan sonra o, polis əməkdaşlarını görüb onlara bu barədə danışmış, polis əməkdaşları onu polis şöbəsinə aparmışdır. Spirtli içkinin təsiri altında olduğundan ola bilsin ki baş verənləri xatırlaya bilməmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin CABnin əməkdaşı X6 izahatında bildirdi ki, 09 iyun 2025-ci il tarixdə saat 11:35-radələrində Zaməddin İmanovun şikayəti əsasında təhqiqatçı Qoşqar Bəkirovun raportunu icra etmək üçün Şəxs Ağdaş şəhəri Heydər Əliyev prospektində yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Şəxs onları gördükdə səs-küy salıb nalayiq ifadələr işlədib ictimai qaydanı pozmuş, bundan sonra ona dəfələrlə xəbərdarlıq edilmiş, lakin o spirtli içkinin təsiri altında olduğundan xəbərdarlıqlara baxmayaraq öz hərəkətlərinə davam etmiş polisin qanuni tələbini qəsdən yerinə yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon Polis şöbəsinin PPX-nin manqa komandiri X7 izahatında şahid Cəsur Hümbətovun izahatına uyğun izahat vermişdir. İş materiallarında olan 19 may 2025-ci il tarixdə Ağdaş Rayon Polis Şöbəsinin CABin polis kapitanı Cəsur Hümbətov tərəfindən Ağdaş Rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı İlkin Hüseynova ünvanlanmış raportdan görünür ki, xx.xx.2025ci il tarixdə Ağdaş rayon Maşad küçəsində yaşayan X1 Azərbaycan Respublikasını DİN-in 102 xidmətinə və Ağdaş rayon Polis şöbəsinə müraciət edərək, ona məxsus olan mobil telefonun Şəxs tərəfindən oğurlanmasını bildirməsi ilə bağlı RPŞ-in TB-in təhqiqatçısı polis baş leytenantı Qoşqar Bəkirovun xx.xx.2025-ci il tarixli raportu daxil olmuşdur. Daxil olmuş raportun icrası ilə bağlı, xx.xx.2025-ci il tarixdə saat 11:35 radələrində Ağdaş RPŞ-in PPXB-in manqa komandiri, polis baş leytenantı İlahi Muxtarov ilə birlikdə Ağdaş şəhəri H.Əliyev prospektində Ağdaş rayon Şordəhnə kəndində qeydiyyatda olan, xx.xx.1977-ci il təvəllüdlü Şəxs yaxınlaşaraq özlərini təqdim etdiklərindən sonra RPŞ-in TB-də araşdırması aparılan material ilə bağlı izahatının alınması zərurətinin yaranmasını bildirərək onu Ağdaş RPŞ-yə dəvət edən zaman, Şəxs ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyməyə başlayaraq Ağdaş RPŞ-nə getməyəcəyini bildirmişdir. Onlar həmin şəxsdən sakit olmasını dəfələrlə tələb etsələrdə o, qanuni tələblərə qəsdən tabe olmayaraq öz əməllərini davam etdirərək Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələbini pozduğu üçün onu RPŞ-nə gətrirərək RPŞ-in növbətçi hissəsinə təhvil vermişlər. Şəxs öz əməllərini Ağdaş RPŞ-nin inzibati binasındada təkrar etmişdir. İş materiallarında olan arayışdan görünür ki, vətəndaş Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:35 də inzibati qaydada tutulmuş və zahiri baxış zamanı bədən xəsarəti aşkar edilməmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müayinəsi barədə 09 iyun 2025-ci il tarixli, 64213 nömrəli alkotester qəbzindən görünür ki, həmin tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilərkən sonuncuda 1.228 % sərxoşluq vəziyyəti aşkar edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məssuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 09 iyun 2025-ci il tarixdən saat 12:35-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-278/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-278/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver