Məhkəmə qərarları › İş №3(014)-279/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-279/2020

30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-279/2020 30.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , Zərərçəkmiş şəxs X7 və İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş Rayon Polis Şöbəsinin sahə rəisi, Polis X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx xxxx 2020-ci il tarixdə X8 Ağdaş rayon Şəmsabad kəndində yaşadıqları evdə qayınanası Zərərçəkmiş şəxs və əri Şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Faktla bağlı Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş Rayon Polis şöbəsinin sahə rəisi, Polis X3 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə Şəxs evdə aralarında baş vermiş ailə mübahisəsi zamanı X2 zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş RPŞnin TB-nin təhqiqatçısı, polis baş leytenantı Haxverdi Əliyevin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs və X5 əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan qərarın surəti müvafiq tədbir görülməsi üçün Ağdaş Rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxx 2020-ci il tarixdə X8 Ağdaş rayon Şəmsabad kəndində yaşadıqları evdə anası Zərərçəkmiş şəxs ilə mübahisə etdikləri üçün döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmədən əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs ünvan 1 ünvanında yaşayan, xx.xx.1988-ci il təvəllüdlü X12 izah etdi ki, Zərərçəkmiş şəxs onun qayınanasıdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 12:00 radələrində dava-dalaşzamanı həyat yoldaşı Şəxs ona döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığından, ondan heç bir şikayət və tələbi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Ağdaş Rayon Polis şöbəsinin sahə rəisi, Polis X1 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs X12 məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar