Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-28/2023 11.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə xx.xx.1959-cu il tarixdə Ağdaş rayonu Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 11 yanvar 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin ibzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN1352383 saylı inzibati xəta protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən evin həyətində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində mübahisə və dava-dalaş baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 izah etdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən evin həyətində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində mübahisə və dava-dalaş baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsinin TB-də araşdırma aparılmış və onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında Zərərçəkmiş şəxs onun gəlini olduğunu, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən evin həyətində Zərərçəkmiş şəxs ilə onun arasında şəxsi münasibətlər zəmnində mübahsə və dava-dalaş baş verdiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq ona sağlamlığa zərər vurmayan xəsarət yetirdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığının nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında Şəxs onun qayınanası olduğunu, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən evin həyətində Şəxs ilə onun arasında şəxsi münasibətlər zəmnində mübahisə və dava-dalaş baş verdiyini, mübahisə zamanı Şəxs onu vuraraq xəsarət yetirdiyini, Şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığının nəzərə alaraq onun barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Vüsal Əzənmədovun 01 dekabr 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən evin həyətində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində mübahisə və dava-dalaş baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanı törətməkdə təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin ərizəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati iş üzrə icraat aparılan şəxs barışdıqda isə həmin işüzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR ALDİ: Şəxs barəsində Ağdaş RPŞ-də Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 11 yanvar 2023-cü il tarixli, MN1352383 nömrəli protokol üzrə inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-28/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-28/2023
11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver