Məhkəmə qərarları › İş №3(014)-28/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-28/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-28/2024 18.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil2, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil1 iştirakları ilə xx xxx 1977-ci ildə Ağdaş rayonu, Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs Ağdaş Rayon Məhkəməsinin e-2(014)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ümumi 40644,85 manat pul borcunun alınaraq Zərərçəkmiş şəxs verilməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzrsüz səbəbdən icra etməmişdir, nəticədə o, 39544,85 manat borcu üzrsüz səbəbdən icra etmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və Şəxs barəsində İnzibati Xəta haqqında 06 noyabr 2023-cü il tarixdə MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 3(014)-703/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsiə əsasən xitam verilməsi qərara alınmışdır. İş üzrə Zərərçəkmiş şəxs Ağdaş Rayon Məhkəməsinin 3(014)-703/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti vermis və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(107)-356/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 3(014)-703/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında işin mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X13 izahatında Ağdaş Rayon Məhkəməsinin e- 2(014)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 40644 manat borc alınaraq Zərərçəkmiş şəxs verilməli olduğunu, bu günədək həmin icra sənədi üzrə əmlakların əksəriyyəti qaytardığını, qaytarılmayan əmlaklar üzrə 380 manat, qalan hissədə isə 37630,7 manat, ümumilikdə 38010,7 manat borcunun olduğunu, həmin borcdan 900 manat məbləğində ödəniş etdiyini, hər ay 100 manat ödəniş etməsinə baxmayaraq borcun yüksək məbləğdə olduğunu və bu qaydada icrasının öhdəliyin vaxtında icra edilməməsi ilə nəticələndiyini, bu barədə lakin Şəxs ilə tərəfindən danışıqlar aparıldığını, lakin o, yenə də icra sənədi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyini, bununla bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsinin olmadığını, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etdiyini bildirdi və göstərilənləri nəzərə alaraq Şəxs qanuna müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında borcu ödəməkdən boyun qaçırmadığını, borc məbləğinin yüksək olduğunu, buna görə də birdəfəlik ödəməyə maddi imkanınım çatmadığını, X10 İdarəsində işlədiyini, aylıq əmək haqqından tutulmalar aparılmasına etiraz etmədiyini, tələbkarın onun adına kənd təsərrüfatı texnikaları olmasını bildirməsinə baxmayaraq, faktiki olaraq həmin texnikaların ona məxsus olmadığını, həmçinin əlavə gəlirinin olmadığını, bundan başqa məhkəmə qərarı ilə təyin edilmiş alimenti hazırkı iş üzrə tələbkara hər ay vaxtında ödədiyini, tələbkarın pulun hamısını istədiyini, lakin borcun hamısının ödənilməsinə maddi imkanının yol vermədiyini, məhkəmə qərarını icra etməmək kimi niyyətinin olmadığını Elektron Məhkəmə İnformasiya Sistemində adına olduğu görünən daşınmaz əmlaklardan Ağdaş şəhərində yerləşən mənzilin nikah pozulmamışdan illər əvvəl satıldığını, digər torpaq sahəsinin onunla birlikdə 10 nəfərə məxsus olan pay torpağı olduğunu və tələbin həmin torpaq sahəsinə də yönəlməsinə etiraz etmədiyini, Dəhnəxəlil kəndində olan evin isə yeganə yaşayış yeri olduğunu və tələbkarla aralarında paylı mülkiyyət olduğunu bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında məhkəmə qətnaməsinə əsasən qət edilmiş borcun Şəxs tərəfindən ona qərəzli olaraq ödənilmədiyini, Şəxs bizneslə məşğul olduğunu, onun adına texnikalar və torpaq sahəsinin olduğunu, həmin borcun tutulmasının əmək haqqına yönəldildiyini, borcu tam olaraq tələb etdiyini bildirdi və Şəxs barəsində qanuna müvafiq olaraq ən ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İşin materiallarında olan 2022-ci ilin noyabr ayından 2023-cü ilin mart ayınadək ödəniş tapşırığı qəbzlərinin surətlərindən görünür ki, X10 İdarəsinin AZ97ÇTRE******************** saylı hesab nömrəsindən "xxxx" ASC Ağdaş filialının AZ84AİİB******************** saylı hesab nömrəsinə hər ay 100 manat olmaqla 500 manat ödəniş olunmuşdur. İş materiallarında olan qəbzin surətindən görünür ki, 416973******0922 hesab kartından ******************** saylı X3 hesab kartına 300 manat ödəniş olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinə X6 tərəfindən təqdim olunmuş 20 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs 300 manat pul qəbul edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 25 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Ağdaş Rayon Suvarma Sistemləri İdarəsinə məktub ünvanlanaraq 38010 manat borc bitənə kimi həmin idarədə şlüzə nəzarətçisi işləyən Şəxs əmək haqqından hər ay 50% pul tutularaq X4 ödənilməsi tapşırılmışdır. İşin materiallarında olan AN-İ ******* nömrəli, 29 avqust 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Şəxs mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 80,2 kv/m, yaşayış sahəsi 59,35 kv.m, yardımçı sahəsi 20,86 kv.m olan mənzili X1. Məhkəmə proses iştirakçılarının izahatlarını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(107)-356/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Ağdaş Rayon Məhkəməsinin 3(014)-703/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunarkən apellyasiya məhkəməsi mövqeyi onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs və onun müdafiəçisi Vəkil1 məhkəmə iclasında verdiyi izahatlarda Şəxs “Howo” və “Nissan Navara” markalı avtomobillərinin 68000 manata satıldığını, həmin avtomobillərin faktiki qiymətinin 100 min manatdan artıq olduğunu, aqrolizinq sənədlərindən Şəxs istifadəsində 1 ədəd “Belarus” markalı traktor, 1 ədəd taxıl səpən və 1 ədəd kombayn olmasının, həmin texnikaların bütün sezon işlədiyini və gəlir gətirdiyini, bu halların məhkəmədə nəzərə alınmadığını, bundan başqa birgə nigah dövründə 0,45 ha həyətyanı torpaq sahəsi alındığını və həmin sahədə 180 ədəd şişburun və 100 ədəd digər növ ağaclar əkildiyini, Şəxs həmin ağacların meyvələrini də satıb gəlir əldə etdiyini, bu barədə onlar polis orqanına şikayət edəndən sonra Şəxs zərərçəkmiş şəxsə 1000 manat pul ödədiyini, bütün sadalananların Şəxs zərərçəkmiş şəxsə olan borcunu ödəməyə maddi imkanının olmasını təsdiq etdiyini göstərmişlər. Həmçinin Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X13 izahatında göstərmişdir ki, elektron icra sistemində Şəxs adında əmlak aşkar olunmamış, aqrolizinqə sorğu verilsə də, heç bir nəticə əldə edə bilməmiş, texnikalar ilə bağlı onlarda məlumat olmamış, lakin bir neçə müddət əvvəl bağ sahəsinə və bağda olan əmlaklara həbs qoyulması ilə bağlı qərardadın icraatına daxil olduğunu bildirmişdir. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin araşdırma səthi aparılmaqla yekunda işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlinmişdir. Buna görə iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırılmasının təmin edilməsi məqsədi ilə iş məhkəməyə qaytarılmışdır. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 06 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəmədə verdikləri izahatları və işin materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, Şəxs həqiqətən də hər ay öhdəliyindən ödənişlər etməsinə baxmayaraq, o, öhdəliyini qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə icra etmək üçün heç bir təşəbbüs göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə aşağı həddə inzibati tənbeh verilməsi məqsədə müvafiq hesab edir. Şəxs barəsində inzibati həbs növündə cəza təyin edərkən Şəxs zərərçəkmiş şəxslə birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün hər ay aliment ödəməsini nəzərə alaraq, yuxarı həddə həbs növündə inzibati tənbeh tətbiq ediləcəyi təqdirdə alimentin ödənilməsinə təsir edəcəyindən, eyni zamanda Şəxs işlədiyini və hər ay hazırkı iş üzrə mübahisələndirilən borcun ödənilməsi üçün əmək haqqından tutulmasını nəzərə alır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 124, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar