Məhkəmə qərarları › İş №3(014)-280/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-280/2020

03.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-280/2020 03.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs vəİnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis baş leytenantıX1 iştirakı ilə Şəxs Azərbaycan RespublikasıİXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 2020-ci ilin aprel ayında ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus 01 ədəd su matorunu oğurlamışdır. Faktla bağlıŞəxs haqqında Azərbaycan RespublikasıİXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx xxxx 2020ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxsAğdaş RPŞ-nəərizə ilə müraciət edərək 2020-ci ilin aprel ayının ortalarında yaşadığı evin həyətyanı sahəsindən 01 ədəd su matoru oğurlanmsı barədə məlumat vermiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxsAğdaş RPŞ-nəərizə ilə müraciəti əsasında toplanmış xx.xx.2020-ci il tarixli HK-1/584 saylı materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanaması rədd edilmişdir. Qərarın surəti Zərərçəkmiş şəxs Ramzan qızına məxsus su matoru oğurlayan şəxsləri müəyyən edib barəsində AzşRes.İXM-nin 227-ci maddəsinəəsasən inzibati tqaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmişAğdaş RPŞ-nin sahə rəisi, polis baş leytenantıX3 izah etdi ki, Şəxs 2020-ci ilin aprel ayında ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus 01 ədəd su matorunu oğurlamışdır. Ağdaş RPŞ-nin TB-nin xx xxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan RespublikasıİXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan RespublikasıİXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Ağdaş rayonu, Ləki qəsəbəsində yaşayır. Spirtli içki aludəçisidir. Həmin gün spirtli içki almağa pulu olmadığıüçün 2020-ci ilin aprel ayında su matorunu oğurlayaraq, satmış, həmin pula içki almışdır. Zərərçəkmiş şəxs vurduğu zərəri ödəyəcəyini, etdiyi əməldən çox peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirdi. Hazırda əməlindən peşamndır və zərərçəkmişşəxslə barışmışdır. Məhkəmədən hazırda zərərçəkmişşəxs Zərərçəkmiş şəxsilə barışdığını nəzərə alaraq, inzibati işüzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmişşəxs Zərərçəkmiş şəxs izah etdi ki, Ağdaşrayonu Ləki qəsəbəsi Nizami küçəsi-1 ünvanında yaşayır. 2020-ci ilin aprel ayında onun həyətyanı sahəsindən su matoru oğurlanmış və onda 80 manat (su matorunun satış məntəqələrində qiyməti 80-100 manat civarındadır) dəyərində ziyan dəymişdir. Həmin su matorunu bir neçə il idi ki, istifadə edirdi. Su matorunun oğurluğunda heç kimdən şübhə etmədiyini bildirmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını bildirdi və işüzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmişşəxsin, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin və Ağdaş RPŞ-nin sahə rəisi polis baş leytenantı X1 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakıəsaslara görə inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinəəsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işüzrə icraat yalnız zərər çəkmişşəxsin ərizəsinəəsasən başlanır, zərər çəkmişşəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin işüzrə icraata xitam verilir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinəəsasən bu Məcəllənin 227-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan RespublikasıİXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati işüzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin Hakimi : Nizam MƏliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar