Məhkəmə qərarları › İş №3(014)-281/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-281/2020

03.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-281/2020 03.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş Rayon Polis Şöbəsinin sahə rəisi, Polis baş X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxx 2020-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs baş vermiş mübahisə zəminində butulka ataraq sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Faktla bağlı Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş Rayon Polis şöbəsinin sahə rəisi, Polis baş X2 izah etdi ki, Şəxs xx xxx 2020-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs baş vermiş mübahisə zəminində butulka ataraq sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş Rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Zərərçəkmiş şəxs çoxdan tanıdığını, əvvəllər aralarında ciddi bir narazılığın olmadığını, Zərərçəkmiş şəxs qonşu kənd olan Qaradeyin kəndində yaşadığını, Əlinin Ağdaş elektrik Şəbəkədə işlədiyini, yaşadığı kənddə elektrik sayğaclarına Əlinin nəzarət etdiyini, xx.xx.2020-ci il tarixdə dişi ağrıdığı üçün həkimə getdiyini, qayıdanda evin işığının yanmadığını gördüyünü, yoldaşının da həmin vaxt ona işıq işçisi Əlinin gəlib getməsindən sonra işığının kəsildiyini söylədiyini, elektrik enetjisinə görə əvvəlki aydan 10 manat borcunun qaldığını, kəndin mərkəzində olan ərzaq dükanının yanına çıxanda Əlinin orada olmasını gördüyünü, Əliyə niyə onun vinin işığını kəsməsini, gəlib işığı bərpa etməsini söylədiyini, lakin Əlinin işığı bərpa etməyəcəyini söylədiyini, Əliyə borcunu ödəyəcəyini, gəlib işığı yandırmasını söylədiyini, lakin Əlinin yenə bundan imtina etdiyini, həmin vaxt Əliyə nalayiq ifadələr işlətdiyini, həmin vaxt aralarında mübahisə baş verdiyini, mübahisə vaxtı orada olan şəxslərin onları aralaşdırdığını bildirmişdir. Həmçinin o, izahatında Əlini butulka ilə vurmadığını və ona heç bir xəsarət yetiirmədiyini, Zərərçəkmiş şəxs avtomobilini təpiklə vurmadığını, Əlinin avtomobilində hansı əziklərin olduğunu bilmədiyini, əziklər varsa da onu özünün etmədiyini, aralarındakı mübahisənin kəndin mərkəzində olduğunu, təxminən 2-3 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa poçtun işçisi Rəhmanın və həmkəndlisi Səttarın olduğunu bildirmişdir. Məhkəmədən zərərçəkmiş şəxslə barışdığından inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izah etdi ki, X6 nəzarətçi işlədiyini, xidməti sahəsinə Ağda. Rayonu Qaradeyin, Eymur, Ağcaqovaq, Ərəbşəki, Abad kəndlərinin daxil olduğunu, Şəxs Eymur kənd sakini kimi, həm də abonet kimi çoxdan tanıdığını, əvvəllər aralarında heç bir problemin olmadığını, Əhlimanın mart ayından 2 manat, aprel ayından isə 10 manat borcunun qaldığını, xx.xx.2020-ci il tarixdə Əhlimanın yaşadığı evə getdiyini, Əhlimana qalan borcunu ödəməsini demək istədiyini, Əhlimanı səslədiyini, Əhlimanın yoldaşının ona cavab verdiyini və evdə heç kimin olmadığını söylədiyini, həmin şəxsə Əhlimana işığa görə yaranan borcunu ödəməsini söylədiyini, həmin şəxsin də ona pulunun olmadığını söylədiyini, bundan sonra Əhlimanın evə gələndə işığın olmamasını görməsi və gedib borcunu ödəməsi üçün Əhlimanın evinə gedən işığı sayğacdan saxladığını, təxminən saat 16 radələrində kənddə başqa evə getmək istədiyini, kənddə olan ərzaq dükanının yaxınlığında olanda Əhlimanın ona söyə-söyə gəlməsinii gördüyünü, Əhlimanın ona yaxınlaşan vaxt hardansa əlinə butulka alıb onun tərəfə atdığını, butulkanın onun üzünə dəydiyini, Əhlimana çıxıb getməsi üçün ona fikir vermədiyini, dükana daxil olduğunu, həmin vaxt çöldən səs eşitdiyini, dükandan çölə çıxanda Əhlimanın onun avtomobilinə təpiklə vurduğunu gördüyünü, sonra Əhlimanın onu söyərək oradan uzaqlaşdığını, sonra yaşadığı evəqayıtdığını, ertəsi gün avtomobilin çox əzildiyini görüb əsəbləşib Az.Res.DİN-in 102 xidmətinə zəng edib şikayət etdiyini bildirmişdir. Həmçinin o, izahatında Əhlimanın saxsı butulka ilə onun baş nahiyəsinə bir dəfə vurduğunu, Əhlimanın onun maşınının bir qapısına, 2 qanadına bir neçə dəfə təpiklə vuraraq ona təxminən 200- 250 manat dəyərində ziyan vurduğunu, aralarındakı mübahisənin Eymur kəndində küçədə baş verdiyini, təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa yaxınlıqda yaşayan qonşuların olduğunu bildirmişdir. Məhkəmədən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığından inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Ağdaş Rayon Polis şöbəsinin sahə rəisi, Polis baş X1 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar