Məhkəmə qərarları › İş №3(014)-281/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-281/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-281/2022 06.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 iştirakı ilə xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdaş şəhəri S.Səlimoğlu küçəsi 1/3 saylı qeydiyyatda olan və yaşayan. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 06 iyun 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı, X2 tərəfindən Şəxs barəsində 06 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 04 iyun 2022-ci il tarixdə saat 03 radələrində Ağdaş rayon Polis şöbəsinin inzibati binasında yerləşən növbətçi hissənin qarşısında səs-küy salarkən onu sakitləşdirmək istəyən və nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 izah etdi ki, 04 iyun 2022-ci il tarixdə saat 03 radələrində Ağdaş rayon Polis şöbəsinin inzibati binasında yerləşən növbətçi hissənin qarşısında səs-küy salarkən onu sakitləşdirmək istəyən və nizam-intizama dəvət edən Ağdaş RPŞ-nin məsul növbətçisi, polis mayoru Şahid1 qanuni tələbinə tabe olmaması barədə raport əsasında tərəfindən araşdırma aparılmış, Şəxs və raport vermiş şəxsin izahatları alınmış, bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi ev 18, mənzil 255-də yaşadığını, aliment borcunu ödəmədiyi üçün barəsində axtarış olduğunu, yaşadığı binanın qarşısında olan zaman iki nəfər polis əməkdaşının ona yaxınlaşaraq özlərini təqdim edib Ağdaş rayon Polis şəhəsinə getməli olduqlarını, buna etiraz etmədiyini, Ağdaş rayon Polis şəhəsinə gəldiyini, əsəbi olduğundan Ağdaş rayon Polis şöbəsinin inzibati binasında yerləşən növbətçi hissənin qarşısında səs-küy saldığını, onu sakitləşdirmək istəyən və nizam-intizama dəvət edən Ağdaş RPŞ-nin məsul növbətçisi, polis mayoru Şahid1 qanuni tələbinə tabe olmadığını, 04 iyun 2022-ci il tarixdə saat 03 radələrindən inzibati qaydada tutulduğunu, hadisə vaxtdı sərxoş olmadığını, əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşağının olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini bildirərək, buna görə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 izahatında Ağdaş RPŞ-nin məsul növbətçisi, polis mayoru vəzifəsində işlədiyini, mülki axtarışda olan Şəxs 04 iyun 2022-ci il tarixdə saat 03 radələrində ona təhvil verilən zaman növbətçi hissənin qarşısında səs-küy saldığını, onu sakitləşdirmək istəyən və nizam-intizama dəvət edərkən onun qanuni tələbinə tabe olmadığını, bundan sonra Anarın Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən inzibati qaydada tutulduğunu bildirdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 izahatında Ağdaş RPŞ-nin PPXBnün polis pois nəfəri vəzifəsində işlədiyini, mülki axtarışda olan Şəxs Bakı şəhərində saxlayaraq 04 iyun 2022-ci il tarixdə saat 03 radələrində növbətçi hissənə təhvil verdiyini bildirdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs 04 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş “şəxsi axtarış və fiziki şəxsdə olan şeylərin yoxlama” haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs üzərinə 04 iyun 2022-ci il tarixdə saat 03:14-də baxılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərər alır, Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməli özünü etirafedici ifadəsi, şahid ifadəsi və iş materialları ilə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, işin hallarını, inzibati xəta törətmiş Şəxs əməlində yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını nəzərər alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən 150 (yüz əlli) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar