Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-283/2020 04.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Ağdaş rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(014)-709/2019 saylı icra vərəqəsinəəsasən ödəməli olduğu 1853 manat aliment borcunu ödəməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcunu ödəməmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(014)-709/2019 saylı icra vərəqəsi Ağdaş rayon İcra Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası iləəlaqədar olaraq, borclu Şəxs Ağdaş rayon İcra Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin zərərçəkmişşəxsə olan borcunu ödəməmişdir. İcra hərəkətlərinin həyata keçirilməsi üçün bütün qanuni tədbirlər görülmüş, lakin borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izah etdi ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(014)-709/2019 saylı icra vərəqəsinəəsasən ondan xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxxx 2016-cı il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılmalarıüçün X1 xeyrinə hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 manat aliment tutulmalıdır. Hal hazırda zərərçəkmişşəxsə olan borcu 1853 manat təşkil edir. Maddi imkanı zəif olduğundan və işləmədiyindən zərərçəkmişşəxsə olan borcunu ödəyə bilmir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmişşəxs X4 izah etdi ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(014)-709/2019 saylı icra vərəqəsinəəsasən Şəxs 1853 manat aliment tutulmalıdır. Məhkəmədən barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul edilmiş«İnsan hüquqları X9»nin 7-ci maddəsində göstərilir ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası iləəlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, inzibati xəta törədən Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Həmin Məcəllənin 31.4-cü maddəsindəəsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işüzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinəəsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Şəxs qeyd edilən inzibati xətanı törətməkdə təqsirlidir, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlinin Azərbaycan Respublikasının İXM-nin digər maddəsinə (maddələrinə) tövsif edilməsi və ya inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsiüçün əsaslar yoxdur. Məhkəmə inzibati xəta törətmişşəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini, işin faktiki hallarını, inzibati xəta haqqında işüzrə icraata aparılan şəxsin əməlində məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxxx 1983-cü il tarixdə Ağdaş rayonu, Ləki Qəsəbəsində anadan olmuş, Ağdaş rayonu, Ləki QəsəbəƏrazi D., Ləki Qəs., M.Məmmədov Küçəsində yaşayan, Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətindəŞəki Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-283/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-283/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver