Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-283/2021 09.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan, icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Hesab edirəm ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılması mümkündür. İnzibati xəta haqqında protokolu və iş materiallarını tətqiq edərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Kərimov X1 Xəta haqqında 22.02.2021-ci il tarixli, EQ ******* və 22.02.2021-ci il tarixli EQ ******* saylı protokollardan, idarə etdiyi “VAZ-21063” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci 469.3-cü maddələri ilə cərimə edilmişdir. İş materialları ilə müəyyən olunur ki, Şəxs 100 manat inzibati cərimə olmaqla və həmin cərimə vaxtında ödənilmədiyindən üzərinə 60 manat dəbbə pulu hesablanaraq, cəmi 160 (bir yüz altımış) manat inzibati cərimə borcu yaranmışdır. Lakin Kərimov X1 cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 115, 128.2.1, 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: xx.xx.1980-ci il tarixdə Ağdaş rayonu Dəhnə kəndində anadan olmuş, Ağdaş rayon, Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev İş № 3(014)-207/2021 Azərbaycan Respublikası Ağdaş Rayon Məhkəməsi Hakiminin İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ QƏRARDADİ Ağdaş şəhərində Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclas katibi Qarayev Orxan Sərxan oğlunun Vəsatət vermiş şəxs Şəxs iştirakı ilə, Şəxs Ağdaş Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 3(014)-207/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsinə dair vəsatətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 3(014)-207/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 06 ay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Məhkəmə iclasında Şəxs izatında göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qərarı ilə barəsində olan inzibati cəriməni ödəmədiyi üçün sürücülük hüququ məhdudlaşdırılmışdır. Ağdaş rayon, Hüşün kəndində qeydiyyatdadır və orada yaşayır. Ölkəmizdə mövcud olan karantin rejimi ilə əlaqədar səhhəti ilə əlaqədar olaraq təyin olunmuş məhkəmə iclasına gəlməmişdir. Lakin barəsində olan inzibati cəriməni ödəmişdir və hazırda cərimə borcu qalmamışdır. Bu səbəbdən Ağdaş Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 3(014)-207/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsini xahiş etdi. Məhkəmə vəsatəti müzakirə edib, iş materiallarını tədqiq edərək, vəsatətin əsaslı olması qənaətinə gəlir. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materialdan görünür ki, o, barəsində tərtib edilmiş protokola əsasən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş, ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair 03 may 2021-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 3(014)-207/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırması qərara alınmışdır. Şəxs vəsatətinə əlavə etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş RPŞ-in DYPB-nin rəisi Polis mayoru Namiq Qənbərov tərəfindən verilmiş 23.07.2021-ci il tarixli arayışdan görünür ki, Şəxs adına hal-hazırda heç bir cərimə borcu yoxdur. Azərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsinin tələbinə görə, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Azərbaycan Respublikası İXM-nin 153.4-cü maddəsinin tələbinə görə isə Xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməklə, Ağdaş Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 3(014)-207/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 455.6 və 456.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs vəsatəti təmin edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququnun altı ay müddətinə məhdudlaşdırılmasına dair Ağdaş rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 3(014)-207/2021 saylı inzibati iş üzrə qərarına xitam verilsin. Qərardaddan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-283/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-283/2021
09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver