Məhkəmə qərarları › İş №3(014)-283/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-283/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-283/2022 06.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun, məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1961-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İİ qrup əlil, Qəbələ rayonu Kürd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu üzrə materiala 06 iyun 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 03 iyun 2022-ci il tarixdə saat 21:30 radələrində Ağdaş rayonu Şəmsabad kəndi ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi SAZ 3507 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin yük yerinə normadan artıq ot bağı yığaraq daşımış, nəticədə X4 İstismarı İdarəsinə məxsus qaz xəttini vurmuş, hadisə zamanı bədən xəsarəti alan olmasa da, X1 X4 İstismarı İdarəsinə məxsus, vətəndaş X2 mənzilinə gedən aşağı təziqli qaz xəttinə görə 106.2 manat və qaz sayğacına görə 67 manat maddi zərər vurmaqla yol nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələbini pozumuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığını, 03 iyun 2022-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi SAZ 3507 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə ot bağı yığaraq Ağdaş rayonu Şəmsabad kəndi ərazisində hərəkətdə olarkən yolun üstündən keçən qaz xəttinə dəymiş və nəticədə qaz xətti və ona birişik qaz sayğacı yararsız hala düşdüyünü, əməldən peşman olduğunu, buna görə də ona yüngül cəza erilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında X4 İstismarı İdarəsində hüquq məsləhətçisi vəzifəsində işlədiyini, Şəxs 03 iyun 2022-ci il tarixdə saat 21:30 radələrində Ağdaş rayonu Şəmsabad kəndi ərazisində idarə etdiyi SAZ 3507 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin yük yerinə normadan artıq ot bağı yığaraq daşımış, nəticədə X4 İstismarı İdarəsinə məxsus qaz xəttini vurmuş, 67 manat qaz sayğacına və 106.2 manat qaz xəttinə görə X4 İstismarı İdarəsinə maddi zərər vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən peşman olmasını bildirməsi, İİ qrup əlil olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməli özünün və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri və iş materialları ilə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, işin hallarını, əməlində məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, habelə ikinci dərəcəli əlilliyinin olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar