Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-284/2021 29.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştiraki ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Ağdaş rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Ağdaş Rayon Məhkəməsinin 2(014)-46/2021 saylı, 11.02.2021-ci il tarixli icra vərəqəsinə əsasən üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 330 manat aliment borclu Şəxs tutularaq Zərərçəkmiş şəxs xeyirinə ödənilməlidir. Həmin icra vərəqəsinə əsasən hesablanmış 2330 manat aliment borcunun Həşimov Bəhruz Feruz oğlu tərəfindən ödənilməsi tələb edilsə də, borclu tərəfindən icra məmurunun qanuni tələbləri qərəzli olaraq yerinə yetirilməmiş, buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən onun barəsində 29 iyul 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək Ağdaş rayon məhkəməsinin qətnaməsindən gec xəbər tutduğunu, məhkəmə iclasında iştirak etmədiyini, 2(014)-46/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməyə əsasən ondan hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməli olduğunu, alimentin 2020-ci ilin avqustun 4-dən hesablandığını, buna görə də aliment borcunun yarandığını, alimenti ödəməkdən qərəzli olaraq boyun qaçırmadığını, icra icraatının başlandığından bəri hər ay 300 manat ödədiyini, artıq ödəməyə maddi imkanının çatmadığını, zamanla aliment borcunu azaldacağını, bundan əlavə başqa bir məhkəmə qətnaməsi ilə digər uşağının saxlanılması üçün hər ay 145 manat aliment ödəməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-46/2021 saylı, 11.02.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməli olduğunu, alimentin 04 avqust 2020-ci il tarixdən hesablandığını, mart ayından etibarən borclunun alimenti qismən icra etməyə başladığını, hər ay təxminən 300 manat olmaqla ödədiyini, qalan alimenti ödəməkdən yayındığını bildirmişdir. Ona olan aliment borcunun tam şəkildə ödənilməsini məhkəmədən xahiş etmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahatında, icraata başlama haqqında qərarın 15 mart 2021-ci il tarixdə qəbul edildiyini, həmin tarixdə də tələbin könüllü icrası haqqında bildiriş göndərildiyini, alimentin hesablanması icra vərəqəsinə əsasən 04 avqust 2020-ci il tarixdə götürüldüyündən mart ayına qədər borclunun kifayət qədər aliment borcu yığıldığını, icraata başlandığı andan borclu tərəfinfən ortalama 300 AZN olaraq ödənildiyini, aliment borcunun ödənilməsi tələb edilsə də, maddi imkanının olmadığını əsas gətirərək hər ay ortalama 300 azn olmaqla aliment pulu ödədiyini, icranın təmin edilməsi üçün bütün məcburi tədbirlər görüldüyünü, borcluya məxsus tələbin ödənilməsi üçün kifayət edənvə ya tutmanın yönəldilə biləcəyi hər hansısa əmlakın aşkar edilmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh Şəxs hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsi barədə Ağdaş Rayon Məhkəməsinin 2(014)-46/2021 saylı icra vərəqəsi 15 mart 2021-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdən etibarən aliment üzrə ödənişlər borclu tərəfindən qismən olaraq icra edilmiş, alimentin hesablanması 04 avqust 2020-ci il tarixdən götürülmüş, bununla əlaqədar olaraq aliment borcu yaranmışdır.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-284/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-284/2021
29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver