Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-285/2020 04.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlu, Məhkəmə iclas katibi X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Ağdaş RPŞnin sahə rəisi, polis baş leytenantı X1 iştirakı ilə Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxxxx 2020-ci il tarixdə Ağdaş şəhər, Müşviq İsayev 12 küçəsində DYPBnin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq nizam-intizamsızlıq etmiş və patrul xidməti avtomobilini təpikləmşdir. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş RPŞ-nin sahə rəisi, polis baş leytenantı X3 məruzə edərək bildirdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Ağdaş Rayon Polis şöbəsinin qarşısında uca səslə danışaraq intizamsızlıq etmiş, yol patrul xidmətinin avtomobilini təpikləmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Ağdaş RPŞ-nin DYPB-nin inspektoru polis baş serjantı X8 rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Ağdaş şəhər, Məşəd küçəsi, dalan 25, ev 14-də yaşayır. xx xxxxxx 2020-ci il tarixdə RPŞ-nin yol patrul xidmətinin əməkdaşları atasının maşınını polis şöbəsinə gətirmişlərdir. Bu səbəbdən atasının arxasınca gələrək yanına keçmək istəmişdir. Lakin polis əməkdaşları maskası olmadığı üçün onu içəri buraxmamış, həmin vaxt əsəbləşərək uca səslə danışmağa, özündən asılı olmayaraq yol patrul əməkdaşlarının avtomobilini təpikləməyə başlamışdır. Polis əməkdaşları ilə mübahisəyə başlamış, mübahisənin əsas səbəbi atasının polis şöbəsinə gətirilmə səbəbini öyrənmək olmuşdur. Buna görə də onu polis şöbəsinin növbətçi hissəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 izah etdi ki, Ağdaş şəhəri, Məşəd küçəsində xidmətdə olarkən xx xxxxxx 2020-ci il tarixdə VAZ 2109 markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərini bağlamadığı üçün səs gücləndiriciylə ona saxlama işarəsi vermiş, lakin sürücü saxlama işarəsinə tabe olmayaraq hərəkətini davam etdirmişdir. Onlar həmin sürücünü saxlamış və sənədlərini təqdim etməsini istəmişlər. Sürücüylə təmas zamanı onun içkili olduğundan şüphələnmiş və onu həkim müayinəsinə dəvət etmişlər. Lakin sürücü onların qanuni tələblərinə tabe olmayaraq nizam-intizamsızlıq etmiş, onu nizam-intizama dəvət etməmizə baxmayaraq onlara tabe olmamışdır. Bununla bağlı olaraq həmin sürücünü Ağdaş rayon Polis Şöbəsinə gətirmişlər. Həmin vaxt sürücünün oğlu Şəxs atasının RPŞ-yə gətirilməsi ilə bağlı etirazını bildirmiş, yüksək səslə səs-küy salmağa başlamışdır. Onlar Şəxs nizamintizama dəvət etsələrdə o buna məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Həmin şəxs Ağdaş RPŞ-nə dəvət edilmiş, şöbəyə gəlməkdən boyun qaçırmış, həmin şəxs məcburən Ağdaş RPŞ-nə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Növbətçi hissədə məlum olmuşdur ki, o, Ağdaş şəhəri, Məşəd küçəsi, dalan 25, ev 14-də yaşayan Şəxsdur. İş materiallarında olan inzibati qaydada tutma protokolundan da görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, sahə rəisinin, Ağdaş RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları X2 izahatlarını dinləyərək iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun əməli AR İXM 535-ci maddəsindən həmin məcəllənin 510-cu maddəsinə tövsif edilməli, həmin maddə ilə təqsirli hesab edilməlidir. Şəxs barəsində inzibati tənbeh tədbiri İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun verilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü müəyyən edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azrəbaycan Republikasının İXM-nin 31.1-ci maddəsinə görə İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətini yüngülləşdirəcək hallar və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, işin faktiki hallarını, yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cui maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. İnzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan xx xxxxxx 2020-ci il tarixdən saat 19:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx.xx.1996-cı il təvəllüdlü, Ağdaş rayonu, Maşad kəndində anadan olmuş, Ağdaş şəhəri, Məşəd küçəsi, dalan 25, ev 14-də yaşayan Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə təqsirli bilinib, 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-285/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-285/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver