Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-287/2020 04.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 iştirakı ilə Ağdaş rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-1909/2019 saylı icra vərəqəsinəəsasən yaranmış 1255 (min iki yüz əlli beş) manat aliment borcunu ödəməsi tələb olunsa da, o, həmin borcu ödəməkdən imtina edərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görəAğdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərəfindən onun barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün məhkəməyə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-1909/2019 saylı icra vərəqəsi Ağdaş rayon İcra Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası iləəlaqədar olaraq, borclu Şəxs Ağdaş rayon İcra Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin zərərçəkmişşəxsə olan borcunu ödəməmişdir. İcra hərəkətlərinin həyata keçirilməsi üçün bütün qanuni tədbirlər görülmüş, lakin borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Borclu Şəxs borcunu ödəməsi üçün hər ay 220 manat aliment pulu, köhnə borcdan isə 80 manat, hər ay cəmi 300 manat ödəyəciyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək məhkəmə iclasında izah etdi ki, Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-1909/2019 saylı icra vərəqəsinəəsasən ondan xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxxx 2014-cü il təvəllüdlüBəhərçinova Mehbarə Müşfiq qızı və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılmalarıüçün X1 xeyrinə hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat aliment tutulmalıdır. Hal-hazırda zərərçəkmişşəxsə olan borcu 1255 manat təşkil edir. Maddi imkanı zəif olduğundan və işləmədiyindən zərərçəkmişşəxsə olan borcunu ödəyə bilmir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunub baxılmasıüçün məhkəməyə göndəriləndən sonra yaranmış 1255 manat aliment borcunu hər ay 220 manat aliment pulu, köhnə borcdan isə 80 manat olmaqla, hər ay ümumilikdə 300 manat ödəyəcəyini bildirdi və buna görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmişşəxs X4 məhkəməyə teleqram ünvanlayaraq, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinən Şəxs ona olan aliment borcunu ödədiyini, ona heç bir aliment borcunun olmamasınıvə beləliklə hal-hazırda barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahatlarını dinləyib, zərərçəkmişşəxs X5 teleqramını nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakıəsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs xx xxxxxx 2019-cu il tarixli, 2(014)-1909/2019 saylı icra vərəqəsinəəsasən ondan xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxxx 2014-cü il təvəllüdlüBəhərçinova Mehbarə Müşfiq qızı və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılmalarıüçün X2 xeyrinə hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat alimenttutulması barədəAğdaş rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-1909/2019 saylı icra vərəqəsi xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, işAğdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 icraatına daxil olduqdan sonra borclu Şəxs hər ay 220 manat aliment ödəməli olduğu halda, həmin məbləğdən daha az məbləğdə vəya ümumiyyətlə aliment ödəməmiş, buna görəŞəxs həmin qətnaməüzrə1255 (min iki yüz əlli beş) manat aliment borcu yaranmış, icra məmuru tərəfindən borcludan yaranmış aliment borcunu ödəməsi tələb olunsa da, o, borcunu ödəməkdən imtina edərək icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, buna görə də icra məmuru tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılmasıüçün məhkəməyə göndərilmiş, məhkəmədə işə baxılarkən borclu Şəxs borcunu tam ödəməsi üçün vaxt istəmiş və1255 manat aliment borcunu hər ay 220 manat aliment pulu, köhnə borcdan isə 80 manat, cəmi hər ay 300 manat ödəyəcəyini bildirmişdir. Həmçinin işüzrə zərərçəkmişşəxs X4 məhkəməyə teleqram ünvanlayaraq Şəxs ona heç bir aliment borcunun olmamasını bildirmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinəəsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinəəsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinəəsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Həmin Məcəlləsinin 12.1-ci maddəsinəəsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinəəsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində olan Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-287/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-287/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver