Məhkəmə qərarları › İş №3(014)-288/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-288/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-288/2024 10.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, 29 avqust 1980-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş Kommunal Müəssisələr Kombinatında bağban vəzivəsində işləyən, İİ qrup əlil, Ağdaş şəhəri H.Əliyev prospekti-110 ünvanında yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 08 iyun 2024-cü il tarixdə saat 17:15 radələrində Ağdaş şəhər H.Əliyev prospektində küçədə ucadan səs-küy salaraq, nalayiq ifadələr işlədib xırda xuliqanlıq etmiş, polis əməkdaşı ona yaxınlaşıb nizam-intizama dəvət etsə də polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Buna görə Şəxs barəsində 10 iyun 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında bildirdi ki, Şəxs 08 iyun 2024-cü il tarixdə saat 17:15 radələrində Ağdaş şəhər H.Əliyev prospektində küçədə ucadan səs-küy salaraq, nalayiq ifadələr işlədib xırda xuliqanlıq etmiş, polis əməkdaşı ona yaxınlaşıb nizam-intizama dəvət etsə də polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilərək göstərdi ki, o, Ağdaş şəhəri, H.Əliyev prospekti-110 ünvanında yaşayır. 08 iyun 2024-cü il tarixdə saat 17 radələrində o, polis əməkdaşı Samid Kərimovdan şikayət etmək üçün Ağdaş rayon Prokrorluğuna yaxınlaşmışdır. X7 və ailə üzvülərinin ünvanına etikadan kənar nalayiq ifadələr işlətmişdir. O, Ağdaş Rayon Prokrorluğunda o, bir neçə dəqiqəlik bayıra çıxmış və Samidin ünvanına nalayiq ifadələr işlətdikdə mühafizənin gözü qarşısında polislər onu polis şöbəsinə aparmışlar. Orada ona qarşı zor tətbiq etmişlər. O, İİ-ci qrup gözdən əlildir, 74 yaşında yataq xəstəsi anası var və təzəliklə işə düzəlmişdir. Əməlindən peşmandır. Hazırda Samidlə də barışmışdır. Ona yüngül tənbeh verilməsni məhkəmədən xahiş edir. X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, 08 iyun 2024-cü il tarixdə saat 17:15 radələrində Ağdaş şəhər H.Əliyev prospektində xidmətdə olarkən Ağdaş rayon prokurorluğunun qarşısında bir nəfər şəxsin küçədə ucadan qışqırarax səs-küy saldığını, ünvansız küçə söyüşləri söydüyünü görmüşdür. Dərhal həmim şəxsə yaxınlaşaraq ona özünü təqdim edib sakit olmasını və ictimai qaydanı pozmamasını bildirmişdir. Həmin şəxs onun qanuni tələbinə qəsdən tabe olmadığına görə Ağdaş rayon Polis Şöbəsinə gətirilmişdir. İş materiallarında olan raportdan görünür ki, Ağdaş RPŞ-nin PPXB-nün polis manqa komandiri, polis baş serjantı İlahi Muxtarov raportla Ağdaş rayon Polis şöbəsinin rəisi VMİE polis polkovnik-leytenantı cənab İlkin Hüseynova raportla müraciət edərək 08 iyun 2024-cü il tarixdə saat 17:15 radələrində Ağdaş şəhər H.Əliyev prospektində xidmətdə olduğu zaman 1 nəfər şəxsin küçədə ucadan qışqıraraq səs-küy saldığını,ünvansız küçə söyüşləri söydüyünü gördüyünü dərhal həmin şəxsə yaxınlaşaraq ona özünü təqdim edib sakit olmasını və ictimai qaydanı pozmamağını bildirdiyini, həmin şəxsin onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə və ARİXM-nin 510-cu və 535.1-ci maddəsinin tələbini pozduğu üçün həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün Ağdaş RPŞ-yə gətirildiyini və həmin şəxsin Ağdaş şəhər H.Əliyev prospekti 110-da yaşayan 29 avqust 1980-ci il təvəllüdlü Şəxs olduğunun müəyyən edildiyini bildirmişdir. İş materiallarında olan portaldan əldə olunmuş pensiya məlumatları haqqında sorğuya cavabdan görünür ki, Şəxs İİ qrup əlil olmaqla 220 (iki yüz iyirmi) manat məbləğində pensiya alır. İş materiallarında olan arayışdan görünür ki, Şəxs əvvəllər inzibati xəta törətməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən İİ qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 iyun 2024-cü il saat 17:45-də inzibati qaydada tutulmuşdur. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar