Məhkəmə qərarları › İş №3(014)-289/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-289/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-289/2020 05.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızının İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxx 2020-ci il tarixdə saat 13:00 radələrində ünvan 1 ünvanında ögey anası X1 şəxsi münasibətlər zəmnində döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, zərərçəkmiş şəxs X2 xx xxxx 2020-ci il tarixdə saat 13:00 radələrində ünvan 1 ünvanında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Ağdaş RPŞ-nin TB-nin xx xxxx 2020-ci il tarixli qərarı ilə, Zərərçəkmiş şəxs qızının müraciəti əsasında toplanmış xx xxxx 2020-ci il tarixli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi və Şəxs və X4 ailələrinin münaqişəli ailə kimi qeydiyyata götürülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilsin. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis baş leytenantı X7 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə Şəxs saat təxminən 13:00 radələrində ünvan 2 ünvanında ögey anası X1 şəxsi münasibətlər zəminində döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Arzu onun analığıdır. Təxminən bir ildən çoxdur ki, atası Ömərov Mahir Möylan oğlunun Arzu ilə həyatı qurduğunu, Arzu ilə əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı evə gəldiyini və günorta yeməyi yeyən zaman Arzunun ona “sən hər gün gəlib evdə yemək yeyirsən, amma işləyib evə pul gətirmirsən” deyə söylədiyini, onun da, Arzuya onun işinə qarışmamasını, atasının evində onun bu tərzdə danışmamasını söylədiyini, lakin Arzunun onun sözlərinə məhəl qoymadığını və ona nalayiq ifadə işlətdiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə onun Arzunun ona qarşı hərəkətlərinə əsəbləşdiyini və bir neçə dəfə yumruqla onun qarın nahiyəsindən və bədəninin digər nahiyələrindən vurduğunu, daha sonra isə çıxıb getdiyini bildirmişdir. Həmçinin Şəxs izahatında Arzu Rəhimova ilə aralarındakı mübahisə və davadalaşın xx.xx.2020-ci il tarixdə təxminən 13 radələrində yaşadıqları evdə baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı onun Arzu Rəhimovaya nalayiq ifadələr işlətmədiyini, lakin Arzu Rəhimovanın ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı onun bir neçə dəfə yumruqla Arzu Rəhimovanın qarın nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən vurduğunu, həmin vaxt orada ondan və Arzu Rəhimovadan başqa heç kimin olmadığını, yaranmış səs-küyə də heç kimin gəlmədiyini, Arzu Rəhimovanın yalan danışdığını, xx.xx.2020-ci il tarixdə onun Arzu hədələmədiyini, həmin vaxt onların aralarında sadəcə olaraq söz mübahisəsinin baş verdiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızı izah etdi ki, Ömərov Mahir Möylan oğlu ilə ailə qurduğunu, Mahirin oğlu Möylan ilə əvvəllər arasında heç bir mübahisə və dava-dalaş olmadığını, lakin sonradan Möylan ilə aralarında tez-tez mübahisələrinin yarandığını, buna səbəb Möylanın onun Mahirdən ayrılmasını istəməsi olduğunu, lakin onun əri Mahirdən ayrılmaq istəmədiyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı evdə olduğunu, həmin vaxt Möylanın yaşadıqları evə gəldiyini, onun Möylana günorta yeməyi verdiyini, Möylanın yeməm yeyən zaman onun Möylana qazandığı pulları evə gətirməsini, onları boş yerə xərcləməməsini söylədiyini, Möylanın isə ona “sən kimsən ki, mənə göstəriş verirsən, öz pulumdu, özüm bilərəm hara xərcləyərəm” deyə cavab verdiyini, onun da, Möylana onunla bu tərzdə danışmamasını söylədiyini, Möylanın isə ona nalayiq ifadə işlədərək “atamın səninlə evlənməsinə razı deyiləm, rədd ol evimizdən” deyə söylədiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Möylanın bir neçə dəfə yumruqla onun sifət nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən vurduğunu, daha sonra isə Möylanın çıxıb getdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs qızı izahatında Şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2020-ci il tarixdə təxminən saat 13 radələrində yaşadıqları evdə baş verdiyini və 3-5 dəqiqə çəkdiyini, dava-dalaş zamanı onun Şəxs nalayiq ifadələr işlətmədiyini , lakin Şəxs ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı Şəxs onun bir neçə dəfə yumruqla onun sifət nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən vurduğunu, həmin vaxt orada ondan və Şəxsdan başqa heç kimin olmadığını, yaranmış səs-küyə də heçkəsin gəlmədiyini, xx.xx.2020-ci il tarixdə axşam saatlarında onunla Möylan arasında yenidən mübahisə baş verdiyini, mübahisə zamanı isə Möylanın onu sözlə ölümlə hədələdiyini, həmin vaxt orada onların ikisindən başqa heç kimin olmadığını bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspetiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5, Ağdaş MTE və PA şöbəsinin xx xxxx 2020-ci il tarixli 435 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol gözaltı nahiyənin qançırı, boynun sol nahiyəsinin sıyrığı küt ələt təsirindən törənmiş, törənmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ömərov Möylam Mahir oğlunun əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. Məhkəmə Ömərov Möylam Mahir oğlunun haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, işin yüngülləşdirici və ağırladşırıcı haların olmamasını, faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxxx 1998-ci il tarixdə Ağdaş rayon, Kükəl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar