Məhkəmə qərarları › İş №3(014)-289/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-289/2022

31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-289/2022 31.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Abuşova Pakizə Müşfiq qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs və vəkili Vəkil iştirakı ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4333/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinin icrası ilə bağlı Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 qanuni tələbini yerinə yetirməmiş, Zərərçəkmiş şəxs 3750 manat məbləğində aliment borcunu ödəməmişdir. Buna görə də Şəxs barəsində 07 iyun 2022-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək, əvvəllər əmək müqaviləsi ilə təhlükəsizlik kameralarının quraşdırılması işi ilə məşğul olduğunu, pandemiyadan sonra əmək müqaviləsinin ləğv edildiyini və hal-hazırda işləmədiyini, 20 gün ərzində tələbkara 1000 manat məbləğində ödəniş etdiyini, bu gün isə 150 manat ödəniş etdiyini, onkoloji xəstə olduğunu, yaranmış aliment borcunu ödəcəyini bildirdi. Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X5 məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4333/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin 22 oktyabr 2019-cu ildə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduğunu, icra sənədi icrasına daxil olduqdan sonra tərəfindən 31 oktyabr 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyini, borclu Şəxs dəfələrlə İcra və Probasiya şöbəsinə çağrıldığını, bildirişin könüllü olaraq ödənilməsi barədə xəbərdarlıq edildiyini, onun barəsində axtarış elan edildiyini, tapılıb icra şöbəsinə təhvil verildiyini, tərəfindən 07 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq Ağdaş Rayon Məhkəməsinə göndərildiyini, Ağdaş Rayon Məhkəməsinin 3(014)- 289/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərarı əməldə inzibati xətanın tərkib hissəsi olmadığından inzibati xəta protokolu üzrə icraata xitam verildiyini, tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş Apelyasiya şikayəti əsasında material Şəki Apellyasiya Məhkəməsinin 3(017)-228/2022 saylı, 20 iyul 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş Apellyasiya şikayəti qismən təmin edilmiş, borclu Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair inzibati xəta haqqında iş üzrə Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 07 iyun 2022-ci il tarixli, 3(014)-289/2022 nömrəli qərarı ləğv edilmişdir. Zərərçəkmiş şəxs vəkili Vəkil məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə 12 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs 18 iyun 2019-cu il tarixdən başlayaraq hər ay 160 manatr məbləğində sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmiş, lakin borclu bilərəkdən məhkəmə qətnaməsini icra etmir, nəticədə 4380 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə borcluya yaranmış aliment borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməkdən boyun qaçırır. Buna görə də borclunun inzibati qaydada həb edilməsini xahiş edir. İnzibati xəta haqqında materiala əlavə olunmuş xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli qərarların surətlərindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında materiala əlavə olunmuş Ağdaş Rayon Məhkəməsinin 3(014)- 289/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 07 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilmişdir. İnzibati xəta haqqında materiala əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin 3(107)-228/2022 saylı, 20 iyul 2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilərək Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair inzibati xəta haqqında iş üzrə Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 07 iyun 2022-ci il tarixli, 3(014)-289/2022 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs vəkili Vəkil və Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X6 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Borclu Şəxs bibisi X4 məhkəmə iclasında ərizə ilə müraciət edərək yaranmış borc bitənədək hər ay əmək haqqı kartına yönələrək 300 manatın tutularaq tələbkar Zərərçəkmiş şəxs hesab nömrəsinə köçürülməsinə razılıq vermiş, tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs ilə aralarında razılığa gəldikləri üçün işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarının və azadlıqlarının, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanun qarşısında bərabərlik, təqsirzilik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanını (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə təqdim edilmiş sübutları araşdırıb hesab edirəm ki, icra məmuru Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4333/2019 saylı, 21 oktyabr 2019-cu il tarixdə verilmiş icra sənədi üzrə tələbin ödənilməsi ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edərək lazımi hərəkətləri etmiş, lakin borclu Şəxs maddi vəziyyəti imkan vermədiyi üçün onun 3750 (üç min yeddi yüz əlli) manat aliment borcu ödənilməmiş qalmışdır, borclu Şəxs tələbin ödənilməsi ilə bağlı tələbkar Zərərçəkmiş şəxs ilə razılığa gəlmiş, 3750 (üç min yeddi yüz əlli) manat aliment borcunu hər ay 300 (üç yüz) manat olmaqla ödəməyə söz vermişdir. Borclu barəsində inzibati xəta haqqında protokol o vaxt tərtib edilə bilər ki, o, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128, 130-cu maddələrini maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar