Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-29/2021 07.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində Ağdaş rayonu Bulaqotağı kəndində yaşayan əvvəllər tanıdığı Zərərçəkmiş şəxs sonuncunun yaşadığı evdə döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X1 xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibinin olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Ağdaş rayon RPŞ-nin İTB-nə göndərilmiş və həmin qərar əsasında Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X2 xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, lakin müəyyən səbəblərdən Şəxs Ağdaş RPŞ-nə gəlməsinin mümkün olmaması və müddətin tamam olması ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat təzələnərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs kürəkəni ilə tanış olduğunu, xx xxxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs görmədiyini, onlara getmədiyini, həmin tarixdə səhərdən axşama kimi Ruslan Paşayevin həyətində işlədiyini, Zərərçəkmiş şəxs axırıncı dəfə xx xxxxxxxx 2020-ci il tarixdə gördüyünü, xx xxxxxxxx 2020-ci il tarixdən isə müharibəyə getdiyini, evlərinə xx xxxxxx 2020-ci il tarixdə qayıtdığını, ümumiyyətlə Zərərçəkmiş şəxs və onun qızlarını vurmadığını, onlara heç bir xəsarət yetirmədiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs kürəkəni Elburusun dostu olmaqla onlara gəlib-getdiyini, Şəxs onun qızı Aişənin barəsində nalayiq ifadələr işlətdiyinə görə Ramili evlərinə çağırdığını, xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Ramilin onlara gəldiyini, Ramildən nə üçün qızı Aişənin haqqında nalayiq ifadələr danışmasının səbəbini soruşduğunu, həmin vaxt aralarında mübahisə yarandığını və Şəxs onun boğaz nahiyəsindən tutduğunu, bu zaman həyətdəki qumun üstünə yıxıldığını, sonra təpiyi ilə bir neçə dəfə onun ayaqlarından vuraraq xəsarət yetirdiyini, daha sonra Raminin onun paltarlarından tutub yuxarı qaldıraraq yenidən yerə itələdiyini, bu vaxt qızları Aytəkin və Ayselin onları aralaşdırmağa çalışdığını, həmin vaxt Ramilin qızı Ayselin sağ qolunfdan tutub onun əlini sıxdığını, sonra da hər iki qızını itələyib qaçıb getdiyini, bundan sonra AR DİN-nin 102-xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini, bu hadisənin yaşadığı Ağdaş rayonunun Bulaqotağı kəndində yerləşən evinin həyətində baş verdiyini, hadiisə zamanı səs-küyə heç kimin gəlmədiyini, hazırda da Şəxs ilə barışmadığını və ondan şikayətçi olduğunu bildirdi. İş üzrə şahid X3 məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs onun anası olduğunu, Şəxs da tanıdığını, xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Şəxs onlara gəldiyini və anası Aidə ilə aralarında yaranmış mübahisə zamanı anasını vurub xəsarətləndirdiyini təsdiq etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin, Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 575 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – boynun aşağı 3/1 nahiyəsinin, döş qəfəsinin ön sol yuxarı nahiyəsinin sıyrıqları, sol üst göz qapağının, sağ baldırın yuxarı 3/1-nin iç səthinin qanşırları, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1995-ci ildə Şəki rayonu, Daşüz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Şəmsəbad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib üç yüz manat cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-29/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-29/2021
07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver