Məhkəmə qərarları › İş №3(014)-29/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-29/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-29/2023 26.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlunun, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 19 dekabr 2022-ci il tarixdə Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən şirə kanalından qanunla qadağan olunmuş vasitə ilə, yəni torla iki ədəd balığı ovlayaraq ov etmə qaydalarını kobud şəkildə pozmuşdur. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 27 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə xx.xx.2022-ci il tarixdə Ağdaş rayon polis şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı X4 raportla Ağdaş RPŞnə müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Buna görə 11 yanvar 2023-cü il tarixdə Ağdaş RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq 12 yanvar 2023-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə çağırışı göndərilməsinə baxmayaraq inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş raportun surətindən görünür ki, Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X7 RPŞ-nin rəisi, polis polkovniki Vəfalı Həsənalıyevə məruzə edərək xx.xx.2022-ci il tarixində PPXB-nin polis nəfərləri polis serjantı Murad Ömərovun polis serjantı Toğrul Mehdiyev ilə birlikdə 6 nömrəli inzibati ərazidə xidmətdə olarkən Qaradeyin kəndi ərazisindən axan şirə kanalına tor quraraq qanunsuz balıq ovu ilə məşğul olan bir nəfər şəxsi gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim edərək etdiyi əməlin hüquqa zidd olduğunu ona izah etdiklərini və onu Ağdaş rayon Polis şöbəsinə dəvət etdiklərini, Polis şöbəsinin növbətçi hissəsində həmin şəxsin xx.xx.1972-ci il təvəllüdlü Ağdaş rayon Qaradeyin kəndində anadan olan, Ağdaş rayon Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan Şəxs olmasının məlum olduğunu bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə olunmuş 19 dekabr 2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokolun surətindən görünür ki, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərə, eyni zamanda ovlanmış balıqlara hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Şəxs Ağdaş rayonunun Qaradeyin kənd ərazisində yerləşən lal kanaldan tor vasitəsilə balıq tutduğu yerin fotoşəkli çəkilmiş, sonra balıq tutduğu torun görüntüsü Şəxs əlində çəkilmiş, daha sonra qayıq kimi istifadə etdiyi təkərin kamera görüntüsü çəkilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd tor, 01 ədəd təkər kameri və 01 ədəd çəkmə götürülmüşdür. Fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmayan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə) habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edirəm ki, Ağdaş rayon Polis Şöbəsində saxlanılan inzibati xətanın törədilməsində alət olmuş predmet – 1 ədəd balıq toru müsadirə edilməklə min manat məbləğdə cərimə edilməli, Ağdaş rayon Polis şöbəsində saxlanılan 1 ədəd təkər kameri və 1 ədəd çəkmə Şəxs qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1972-ci ildə Ağdaş rayonu, Qaradeyin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Ağdaş rayonu Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət olmuş predmet – 1 ədəd balıq toru müsadirə edilməklə min manat məbləğdə cərimə edilsin. Ağdaş rayon Polis şöbəsində saxlanılan 1 ədəd təkər kameri və 1 ədəd çəkmə Şəxs qaytarılsın. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar